“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ödənişli hərəkət zonaları necə təşkil ediləcək? - VİDEO

Tarix 19.09.25, 21:43

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhəri ərazisində nəqliyyat vasitələri üçün ödənişli hərəkət zonaları müəyyən ediləcək.

Xezerxeber.az xəbər verir ki, bu Prezident İlham Əliyevin imzaladığı "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmanda əksini tapıb.

Fərmana əsasən, Dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılır. Avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə fonda yol vergisi köçürüləcək. Həmçinin nəqliyyat vasitələrinin paytaxtdakı ödənişli hərəkət zonalarına daxil olmasından əldə edilən haqq da bu fonda yönləndiriləcək.

Fondun vəsaitindən Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və Xankəndi şəhərlərinin, eləcə də Abşeron, Ağdam, Şuşa və Laçın rayonlarının inzibati ərazilərində nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiya ödəniləcək. Bu avtobuslar sıxılmış təbii qazla və ya elektrik mühərriki ilə təchiz edilmiş nəqliyyat vasitələri olmalıdır. Gəncə şəhərində isə istehsal tarixi bu il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobuslar üçün nəzərdə tutulub.

Həmçinin sadalanan inzibati ərazilərdə sərnişindaşımada məsafə əsaslı nəqliyyat xidmətinin tətbiqinə başlanacaq və bu prosesi 2028-ci il yanvarın 1-dək başa çatdırılacaq.

Bakı şəhəri ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflər üç ay müddətində hazırlanıb Prezidentinə təqdim edilməlidir. Büdcənin yaradılması və köçürmələrlə isə bağlı məsələlər gələn il yanvarın 1-dən, ödənişli zonalarla bağlı qərar isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.






Xəbərin oxunma sayı : 487




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap