“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Beyləqanda Milli Musiqi Günü qeyd olundu - FOTOLAR

Tarix 18.09.25, 11:19

Font ölçüsü : - / +
bitmap-img6


“Konstitusiya və Suverenlik ili” çərçivəsində Beyləqan Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Mədəniyyət Mərkəzi və Niyazi adına Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü münasibəti ilə “Üzeyir dünyası – Milli Musiqi Günü” adlı tədbir keçirilib.

AzFakt.com xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhid ailələri, Ağsaqqallar Şurasının üzvləri, idarə müəssisə-təşkilatlarının əməkdaşları və rayon ictimaiyətinin nümayəndələri iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Ə.Əzizov tədbirin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi və Milli Musiqi Gününün məhz “Koroğlu” uvertürasının coşqusu ilə başlanması böyük rəmzi məna daşıyır. Bu musiqi xalqımızın qəhrəmanlıq ruhunu, azadlıq eşqini ifadə edir. RİH başçısı bildirib ki, musiqi bayramının eləcə də işğaldan azad olunmuş Qarabağ torpaqlarında qeyd olunması xalqımızın zəfər təntənəsinin, suverenliyimizin, milli ruhumuzun əbədiliyinin təsdiqidir. Bütün bu nailiyyətlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, həyata keçirdiyi düşünülmüş siyasət və Qarabağ zəfəri ilə əldə olunmuş tarixi nailiyyətlərin bəhrəsidir.

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov da çıxış edərək Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığından, Azərbaycan xor musiqisinin inkişafına və muğamın qorunmasına verdiyi töhfələrdən danışıb.

Sonda “Gənclik” Xalq teatrının ifasında, Üzeyir bəyin “Arşın mal alan” operettasından səhnələr, Beynəlxalq Muğam Festivalının qalibi, Opera və Balet teatrının solisti Mirəli Sarızadənin, Uşaq Musiqi məktəbinin şargidlərinin və rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının birgə hazırladığı rəngarəng rəqs və musiqi nömrələri təqdim olunub.







Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap