“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Nifrət səfirləri olmayın - İrakli Kobaxidze Aİ səfirlərinə çağırış etdi

Tarix 17.09.25, 17:18

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa İttifaqı səfirlərinə müraciət edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Kobaxidze onların gürcü cəmiyyətində “nifrət səfirləri” kimi görünməməli olduqlarını bildirib və bu prosesin dayandırılmasının vacibliyini vurğulayıb.
“Avropa səfirləri və Avropa bürokratiyası bunu niyə edir – bilmirəm. Onlar açıq şəkildə son illərdə çoxlarının dediklərini nümayiş etdirirlər. Bu gün gürcü xalqının gözündə Avropa bürokratiyası radikalizm, zorakılıq, demokratiyanın ignor edilməsi və digər mənfi tendensiyalarla assosiasiya olunur. Bu, təkcə Avropa bürokratiyasının imicinə deyil, həm də Avropa İttifaqının ölkəmizdəki obrazına birbaşa mənfi təsir göstərir. Bu proses dayandırılmalıdır,” – deyə gürcü baş nazir bəyan edib.

Kobaxidzenin sözlərinə görə, səfirlər ilk növbədə vicdanlı davranmalı, Vyana Konvensiyasına uyğun hərəkət etməli və cəmiyyəti radikalizmə və nifrətə təhrik etməməlidirlər:

“Avropa səfirləri gürcü cəmiyyətində nifrət səfirləri kimi görünməməlidirlər. Amma bu gün – məhz belədir. Səfirlərin əksəriyyəti gürcü xalqının gözündə özlərini nifrət səfirləri kimi təqdim edirlər. Bu çox kədərli reallıqdır və Avropa İttifaqının Gürcüstandakı imicinə ziyan vurur. Bu proses dayandırılmalıdır.”



Xəbərin oxunma sayı : 214




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap