“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Qəbristanlıqlarla bağlı xaos: İdarəetmə bələdiyyələrə verilə bilərmi?

Tarix 16.09.25, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin Regional məsələlər komitəsində qəbristanlıqların bələdiyyələrə verilməsi məsələsi müzakirə olunub. Komitə sədri Siyavuş Novruzov qəbristanlıqlarların tədricən bələdiyyələrə verilməsini təklif edib. 

Deputat bildirib ki, aztəminatlı ailələrin bələdiyyələr tərəfindən dəfn olunması bələdiyyələrin statusuna aid olan bir məsələdir. 

İqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya bildirib ki, bu məsələ həssas, həm də sosial baxımdan mühüm bir mövzudur:

"Siyavuş Novruzovun irəli sürdüyü təklifdə bir neçə məqam var. Hazırda qəbristanlıqların idarə edilməsi əsasən qarışıqdır. Bu işlə bəzi yerlərdə icra hakimiyyəti, bəzilərində dini qurumlar, bəzi yerlərdə isə qeyri-rəsmi şəxslər məşğul olur. Bu da həm idarəetmədə xaos, həm də sui-istifadə hallarına yol açır".

Ekspertin sözlərinə görə, qəbristanlıqların bələdiyyələrə verilməsi onların vahid qaydada idarə olunmasına, torpaq bölgüsündə şəffaflığa və xidmətlərin rəsmi çərçivəyə düşməsinə səbəb ola bilər:
 
"Aztəminatlı ailələrin dəfn xərclərinin bələdiyyə tərəfindən qarşılanması isə sosial müdafiə baxımından çox vacibdir. Çünki dəfn xərcləri yüksəkdir və bəzi ailələr üçün bu, ciddi yük yaradır. Əgər bələdiyyələr bunu öz vəsaitləri ilə həyata keçirəcəksə, onların büdcəsi də adekvat gücləndirilməlidir. Əks halda, sadəcə yeni öhdəlik qoymaq, amma maliyyə təminatı verməmək real nəticə verməyəcək".

Akif Nəsirli bələdiyyələrin indiki maliyyə imkanlarının məhdud olduğunu vurğulayıb: 

"Əgər qəbristanlıqlar onlara veriləcəksə, ya dövlət büdcəsindən xüsusi dotasiya ayrılmalı, ya da bələdiyyələrin gəlir bazası gücləndirilməlidir. Digər tərəfdən, dini və mədəni ənənələrin də nəzərə alınması vacibdir. İnsanlar qəbristanlıq məsələlərini  çox həssas qəbul edirlər, bu baxımdan bələdiyyələrin idarəçiliyi şəffaf və ictimai etimada əsaslanmalıdır”. 

Akif Nəsirli Siyavuş Novruzovun təklifində məntiq olduğunu bildirib: 

"Qəbristanlıqların idarə edilməsi vahid qaydada olmalı və aztəminatlı ailələrə sosial dəstək göstərilməlidir. Amma bunun uğurlu işləməsi üçün bələdiyyələrin həm hüquqi səlahiyyətləri, həm də maliyyə resursları genişləndirilməlidir".



Xəbərin oxunma sayı : 205




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap