Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq” – Qurban Qurbanov

Tarix 15.08.18, 13:43

Font ölçüsü : - / +
bitmap-img6


“Rəqibi qələbə münasibətilə təbrik etmək istərdim. Bu komanda hər iki matçda intizamlı oyun sərgilədi. Biz də yaxşı təsir bağışladıq. Komandamdan razıyam”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Belarusda BATE ilə 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.

İlk görüşdə 0:1 hesabı ilə uduzması səbəbindən Avropanın ən nüfuzlu klub turnirində mübarizəni dayandıran Azərbaycan təmsilçisinin baş məşqçisi bildirib ki, artıq hər şey keçmişdə qalıb. O, Avropa Liqasının “play-off” qarşılaşmalarına hazırlaşmağın gərəkliyini vurğulayıb.

Qurbanov hakimlərin oyunun tempini aşağı salan mübahisəli qərarlarından bəhs etmək istəməyib: “Hakimlik barədə danışmağı sevmirəm. Gəlin, irəliyə doğru gedək”.

Baş məşqçi “Qarabağ”ın qapısında gördüyü hər iki qolun müdafiədən çıxış zamanı vurulduğuna dair sualı isə belə cavablandırıb:

“Deyiləcək bir söz yoxdur. Adətən, qollar səhvlərdən sonra vurulur. Heyətimizin yeniləndiyini və futbolçular arasında anlaşmanın lazımi səviyyədə olmadığını nəzərə almalıyıq”.

BATE Çempionlar Liqasının “play-off” mərhələsində Hollandiya PSV-si ilə qarşılaşacaq. “Qarabağ” isə Avropa Liqasının “play-off” mərhələsində “Şerif” (Moldova) – “Valür” (İslandiya) cütünün qalibi ilə görüşəcək. Moldovadakı ilk matçda “Şerif” 1:0 hesabı ilə qalib gəlib. İslandiyadakı cavab oyunu avqustun 16-da olacaq.



Xəbərin oxunma sayı : 235




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap