Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Doğulduğu fəsil insan taleyinə təsir edir

Tarix 31.01.17, 14:16

Font ölçüsü : - / +
bitmap-img6


İnsanın gələcək taleyinin doğum ayı ilə bağlı olduğunu aşkarlayıblar.

Belə ki, insanın çəkisi, boyu, optimist, yaxud pessimist olması onun hansı fəsildə anadan olmasından asılıdır. Məsələn, baharda doğulanlar ən ağrılı, yayda doğulanlar isə ən şən uşaqlar olur. Solaxay uşaqlar ən çox qış aylarında dünyaya gəlir. Dekabr, yanvar, fevralda doğulan qış uşaqlarının ürək-damar xəstəliklərinə meyli yüksək olur. Qış aylarında doğulan qız uşaqlarının xolesterin riski yüksək olur. Bahar aylarında doğulanlar fiziki cəhətdən həssas, allergik xəstəliklərə meylli olur. Psixoloqların fikrincə, bu uşaqlar doğuşdan zəif olur, hər rolu asanlıqla qəbul edirlər. Bununla yanaşı, qarşısındakını səbirlə dinləməyi də bacarırlar. Lider olmaqdan imtina edirlər, bir çox məsələlərdə düzgün fikir yürütməyi də bacarırlar. Bu cür uşaqların valideynləri uşaqlarda özünə inamı formalaşdırmağa çalışmalıdırlar. 

Yayda dünyaya optimist və şanslılar göz açır. Bunu Hertfordşira Unversitetinin alimləri sübut edib. Bu uşaqlar özünə inanan, pozitiv, həyatsevər və özlərini xoşbəxt sayanlardır. Eləcə də psixoloqlar qeyd edir ki, yay uşaqları həssas, emosional, çılğın, mehriban və kindən uzaq olanlardır. Əməksevər və risk etməyi xoşlayan bu uşaqların valideynləri uşaqların bu cür xüsusiyyətlərinə hazır olmalı və onlara mane olmaqdan çəkinməlidirlər. 

Payız aylarında uzunömürlülər dünyaya gəlir. Avstraliya və Norveçdə milyonlarla insanlar üzərində aparılan təcrübələrdən məlum olub ki, ən uzunömürlülər məhz sentyabr, oktyabr və noyabrda doğulanlardır. Bu insanlarda balanslaşdırılmış xarakter, sakit təbiət, ağıl, bacarıq və nikbinlik özünü gostərir. Onlar dostları və valideynləri ilə münaqişəsiz yaşayanlardır. Əgər valideynlər körpəlikdən onları düzgün istiqamətləndirsələr, gələcəkdə uğur qazanmaları qaçılmazdır. 



Xəbərin oxunma sayı : 154




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap