Evlilik üçün oğlundan icazə aldı Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar 52 yaşı olduğuna inanmaq çətindir - Fotolar Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO
Axtar
 
  • / Maqazin / — 08 Yanvar 2019

    Evlilik üçün oğlundan icazə aldı

  • / Maqazin / — 05 Yanvar 2019

    Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 05 Yanvar 2019

    52 yaşı olduğuna inanmaq çətindir - Fotolar

  • / Maqazin / — 04 Yanvar 2019

    Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO

  • / Maqazin / — 03 Yanvar 2019

    Mənzurə Musayeva ailə quracaq: Üçüncü dəfə... - Video

  • / Maqazin / — 03 Yanvar 2019

    Pərvin gecə klubunda ətəyini qaldırıb belə rəqs etdi - VİDEO


Füzuli Ələkbərovun “qara kassa“sı Heybət İmanov ƏSMM-də “at oynadır“ - Narazılıq

Londona milyonlar yatıran ANARLARIN başı dərddə – Xüsusi komissiya yaradıldı

FETO-çu generalın Bakıdakı əlaqələri araşdırılır - Azərbaycan prokurorluğu Akın Öztürkü istintaqa cəlb etdi

“Sovetski”dəki söküntünün milyonçuya çevirdiyi məmurların adları bilindi – ləqəbi “çəpiş”

“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Saatda 81 km sürətlə “GƏLƏCƏYƏ GEDƏN” qatarımız – “Dünyada belə sürətlə öyünən ölkə varmı?”

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

Abel Məhərrəmovun milyonluq mülkləri və bahalı avtomobilləri...– Akademik də villabaz imiş!

“Elmar Məmmədyarov savadlı diplomatdır, amma...” - Deputatdan nazirə etiraz

Tarix 01.11.18, 13:16

Font ölçüsü : - / +
bitmap-img6


Oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib. Görüşdə diqqət çəkən məqamlardan biri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı ilə bağlıdır.

Belə ki, nazir Elmar Məmmədyarov ana dilində çıxış edərkən rabitəsiz ifadələr işlətməsi anlaşılmazlıq yaradıb ki, bu da sosial şəbəkələrdə geniş diskussiyalara səbəb olub.

Milli Məclisin deputatı Fəzail Ağamalı modern.az-a açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun məşhur çıxışına qulaq asdığını bildirib:

"Düzü, Elmar Məmmədyarovun çıxışına qulaq asdım, amma heç nə başa düşə bilmədim. Hər hansı nazirin öz dilində danışa bilməməsi yaxşı hal deyil. Bütün nazirlər, dövlət məmurları Azərbaycan dilində danışmağa və dilini mükəmməl şəkildə bilməyə borcludur”.

Deputat müqayisə də aparıb: "Ümidvaram ki, müqayisəmi səmimi qəbul edəcəksiniz. Məsələn, ölkə prezidenti yüksək və akademik səviyyədə Azərbaycan dilində danışır. Eyni zamanda, yüksək və akademik səviyyədə ingilis, rus dillərini də bilir. Bu, ölkə prezidentinə beynəlxalq səviyyədə çox yüksək uğur qazandırır. Eyni zamanda, öz doğma dilini mükəmməl səviyyədə bildiyinə görə Azərbaycan xalqı tərəfindən həm də buna görə sevilir. Ya da götürək Milli Məclisin sədri Oqtay Əsədovu, Baş nazir Novruz Məmmədovu. Onlar da Azərbaycan və xarici dillərdə səlis danışa bilirlər. Həmçinin, digər nazirlər və komitə sədrləri də Azərbaycan dilində danışa bilir və buna borcludurlar”.

Fəzail Ağamalı hər bir rəhbərin Azərbaycan dilini öyrənməyə borclu olduğunu vurğulayıb:

"Bəziləri danışa bilmirsə, Azərbaycan dilini öyrənməyə borcludurlar. Zəhmət çəksinlər, Azərbaycan dilini öyrənsinlər. Çətin məsələ deyil. Ona görə də Elmar Məmmədyarovun ana dilində danışa bilməməsi təqdir olunan hal deyil. Elmar Məmmədyarov savadlı diplomatdır. Uzun müddətdir ki, xarici siyasətlə məşğul olur və müəyyən təcrübəsi var. Bütün bunları istisna etmirəm. Amma Azərbaycan dilində də danışmağı bacarmalıdır”.



Xəbərin oxunma sayı : 232

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda