“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Şəmkirdə artezianın fəaliyyəti niyə dayandırılıb? - VİDEO

Tarix 13.05.26, 11:09

Font ölçüsü : - / +
bitmap-img6


Şəmkir rayonunun Şota Rustaveli küçəsində uzun illər istismarda olan artezian fəaliyyəti dayandırılıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, su qıtlığı həm gündəlik məişət, həm də təsərrüfat işlərinə çətinlik yaradır.

Onların sözlərinə görə, bir müddət əvvəl yaşadıqları ərazi içməli su ilə təchiz edilib. Ancaq bu yeniliklə bağlı sevincləri çox çəkməyib.

Məsələ ilə bağlı Regional Su Meliorasiya Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, Şəmkir şəhərinin Posanlı, Qaryağdı və Morul yaşayış məntəqələrində əvvəllər mərkəzləşdirilmiş içməli su şəbəkəsi olmadığından əhalinin təminatı subartezian quyuları vasitəsilə həyata keçirilib. Hazırda həmin ərazilərin Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksi vasitəsilə daimi və keyfiyyətli içməli su ilə təmin olunması ilə əlaqədar elektrik enerjisinə qənaət məqsədilə subartezian quyularının fəaliyyəti müvəqqəti dayandırılıb. Lakin vətəndaş müraciətləri nəzərə alınaraq həftədə 6 dəfə, gündə 3 saat olmaqla artezian quyularının fəaliyyəti bərpa edilib.

O da qeyd edilib ki, subartezian quyularından əsasən suvarma məqsədilə istifadə nəzərdə tutulsa da, bəzi abonentlər həmin quyulardan içməli su üçün istifadə edir və yaranmış debitor borclar uzun müddətdir ödənilmir. Eyni zamanda yay aylarında su təminatında çətinlik yarandığı təqdirdə subartezian quyularının yenidən su şəbəkəsinə qoşularaq fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur.



Xəbərin oxunma sayı : 1345




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap