“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Şəmkirin qaranlıq kəndlərində dolaşan “kabuslar“ - MƏHKƏMƏ

Tarix 12.05.25, 17:47

Font ölçüsü : - / +
bitmap-img6


Şəmkirin Təzəkənd və Mahmudlu kəndinin üç sakini birləşərək 2015-2016-cı illərdə gecələr işıqlar sönəndə maskalanıb, süngür-bıçaqlarla silahlanaraq evlərə girir, qızıl, pul, ev əşyaları oğurlayıb kənar ərazilərdə satırlarmış. Gəncə Ağır Cinayətlər Məhkəməsi onların hər üçünü cəzalandırıb. Bu iş hakim Abdulla Məmmədovun icraatında olub. 

Qaynarinfo-nun məlumatına görə, müəyyən edilib ki, əvvəllər müxtəlif vaxtlarda narkotik, qanunsuz silah, oğurluq və digər maddəllərlə məhkum edilmiş Rasim Ələkbərov həmkəndliləri Vasif və Sabirlə gecələr kəndlərdə işıqlar sönəndə evlərə basqınlar planlaşdıraraq, həyata keçiriblər. Bu yolla qızıl, pul ələ keçiriblər. 

Təqsirləndirilən şəxslər məhkəmədə cinayətdən xəbərsiz olduqlarını bildiriblər. Məhkəmə isə hökm çıxaranda bu ifadələri özünümüdafiə xarakterli hesab edib və onların ibtidai istintaqa verdikləri ifadələrə əsaslanıb. Həmin ifadələrdən aydın olur ki, onlar cinayətlərini əvvəlcədən planlaşdırıblar. Məsələn, Təzəkənd kəndinin sakini, tək yaşayan Vera Nikolayevnanın evinə basqını Veranın evinin beş addımlığındakı kənd çayxanasında planlayıblar. 2016-cı ilin aprelində gecə saatlarında kənddə işıqlar sönəndə maska geyinərək süngür-bıçaqlarla silahlanıblar. Vera Nikolayevnanın yaşadığı ünvana gəliblər. Hasardan aşaraq evin pəncərəsini qırıblar. Onlara müqavimət göstərmək istəyən Veranı döyüblər, əl-ayağını, ağzını bağlayıblar. Evdən qızıl üzük və bir cür qızıl sırğa, 130 manat pul, iki qutu siqaret götürərək aradan çıxıblar. "Öyrənmişdik ki, Veranın oğlu Rusiyada yaşayır, hər ay Veraya pul göndərir, düşündük ki, imkanları yaxşı olar. Süngü-bıçağı Veranın boğazına dirəyəndə dedi ki, evdə qaşları brilyantdan olan bir cüt sırğa, bir qızıl üzük var, həmin qızıllardan və 130 manatdan başqa heç nə tapmadıq", deyə onlar ifadələrində bildiriblər. 

2015-ci ilin aprelində cinayətkar qrupun üzvləri Mahmudlu kənd sakininin evinə giriblər: "Floranın əri Rusiyada işləyirdi. Qadın tək qalırdı. Eşitmişdik ki, evdə 5 min manat var. Gecə işıqlar sönəndə evin arxa hissəsindəki setkadan həyətə daxil olduq. Pəncərəni qırıb evə girdik. Əlcəklərimizi geyinib evdə axtarış apardıq. Kreslonun altından pulqabı tapdıq, içərisində 200 manata yaxın pul var idi, onu götürdük, ancaq 5 min manatı axtarsaq da, tapmadıq", deyə təqsirləndirilən şəxslər istintaq ifadələrində göstəriblər. 

Zərərçəkən Flora Məmmədova məhkəmədə bunları deyib: "Allah üzümə baxıb ki, həmin vaxt evdə olmamışam. Sabahı gün evə gələndə gördüm ki, şkafların qapıları taybatay açıqdır, evin altını-üstünə çeviriblər, bütün əşyaları döşəməyə səpələyiblər. Kreslonun altında olan pulqabıdan 200, paltar şkafında asılqandan asdığım dəri qış gödəkcəsinin cibində 5000 manat var idi, hamısını yağmalamışdılar. Qonşuları çağırdım, sonra da polisə zəng vurduq".

Daha bir zərərçəkmiş isə Təzəkənd sakinidir. Həyat yoldaşı vəfat edib, övladları Rusiyada yaşayır, özü təqaüdçüdür. Evdə tək yaşayır. 2016-cı ilin aprelin 21-də gecə işıqlar sönəndən sonra həyətdən səslər eşidib, sonra aynəbəndin pəncərəsi sındırılıb: "Yataqdan durub qapını açdım. Aynabəndə keçəndə üzündə maskalı 2-3 nəfər sobanın yanında dayanmışdı. Onlardan biri üstümə cumdu, məni çarpayıya uzatdı, əlindəki bıçağı boğazıma dirədi, dedi ki, səsini çıxarsan boğazını kəsəcəm, 100 qramlıq qızıl tros sepin yerini de. O biri əl-ayağımı sıxırdı, mənə işgəncə verirdi ki, qızılın yerini deyim. Biri də yataq otağının altını üstünə çevirmişdi, qızıl axtarırdı. Üstümə qışqırırdılar ki, "neçə dənə komplektin var, tez ol, yerini de". Qızılların aynəbənddəki çantanın içində olduğunu dedim. Əllərimi, ağzımı bağlayıb aynəbəndə gətirdilər. Qəzılları da, pulu da göstərdim. Götürüb, qaçıb getdilər". 

Polis maskalıları uzun müddət axtarıb. Hər üç cinayətin üstü 2022-ci ildə açılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 ildən 7 ilədək həbs cəzasına məhkum ediliblər.



Xəbərin oxunma sayı : 178




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap