Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Çempionlar Liqası: “Yuventus” məğlub oldu (Nəticələr)

Tarix 08.11.18, 10:18

Font ölçüsü : - / +
bitmap-img6


UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub.

“Report” xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma keçirilib.

Günün maraqla gözlənilən matçı İtaliyada “Yuventus”la İngiltərə “Mançester Yunayted”i arasında olub. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Hazırda Turin komandasında çıxış edən Kriştianu Ronaldu keçmiş klubuna qol vursa da, “qırmızı şeytanlar” oyunun sonlarında iki qolla qalib gəliblər.

Gecənin ən çox qollu qarşılaşmalarında “Mançester Siti” İngiltərədə Ukrayna “Şaxtyor”unu, İspaniya “Real Madrid”i isə Çexiyada “Viktoriya”nı darmadağın edib.

Ümumiyyətlə, turun ikinci oyun günündə qapılara 29 qol vurulub.

7 noyabr

Çempionlar Liqası, IV tur

E qrupu

 “Bavariya” (Almaniya) – AEK (Afina, Yunanıstan) – 2:0

Qollar: Robert Levandovski, 31 (pen.); 71

“Benfika” (Portuqaliya) – “Ayaks”(Hollandiya) – 1:1

Qollar: Jonas, 29 – Duşan Tadiç, 61

Xal durumu: “Bavariya” – 10, “Ayaks” – 8, “Benfika” – 4, AEK – 0.

F qrupu

“Lion” (Fransa) – “Hoffenhaym” (Almaniya) – 2:2

Qollar: Nabil Fekir, 19. Tanquy Ndombele, 28 – Andrey Kramariç, 65. Pavel Kaderjabek, 90+2

“Mançester Siti” (İngiltərə) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 6:0

Qollar: David Silva, 13. Qabriel Xesus, 24 (pen.); 72 (pen.); 90+2. Rahim Sterlinq, 49. Riyad Mahrez, 84

Xal durumu: “Mançester Siti” – 9, “Lion” – 6, “Hoffenhaym” – 3, “Şaxtyor” – 2.

G qrupu

“Viktoriya” (Plzen, Çexiya) – “Real Madrid” (İspaniya) – 0:5

Qollar: Kərim Benzema, 21; 37. Kazemiro, 23. Qaret Beyl, 40. Toni Kroos, 67

MOİK (Moskva, Rusiya) – “Roma” (İtaliya) – 1:2

Qollar: Arnor Siqurdsson, 50 – Kostas Manolas, 4. Lorentso Pelleqrini, 59

Xal durumu: “Roma” – 9, “Real Madrid” – 9, MOİK – 4, “Viktoriya” – 1.

H qrupu

“Valensiya” (İspaniya) – “Yanq Boyz” (İsveçrə) – 3:1

Qollar: Santi Mina, 14; 42. Karlos Soler, 56 – Roje Assale, 37

“Yuventus” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə) – 1:2

Qollar: Kriştianu Ronaldu, 65 – Xuan Mata, 86. Leonardo Bonuççi, 90 (öz qapısına)

Xal durumu: “Yuventus” – 9, “Mançester Yunayted” – 7, “Valensiya” – 5, “Yanq Boyz” – 1.



Xəbərin oxunma sayı : 139




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap