Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Çempionlar Liqasının püşkü atıldı - “Qarabağ“ın rəqibi müəyyənləşdi

Tarix 09.08.20, 14:48

Font ölçüsü : - / +
bitmap-img6


Çempionlar Liqasında 2020/21 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə 34 iştirakçı 17 cütlük təşkil edib. Bu komandalardan 33-ü bəllidisə, ilkin mərhələnin qalibi "Drita” (Kosovo) - "Linfild” (Şimali İrlandiya) matçında dəqiqləşəcək.

Azərbaycan çempionu "Qarabağ” Şimali Makedoniyanın "Sileks” klubu ilə üz-üzə gələcək. Oyun Bakıda baş tutacaq.

Qaydalara əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq. Cütlər müəyyənləşərkən, adı birinci çıxacaq komanda evdə oynayacaq. "Qarabağ"ın adı ilk çıxdığından oyun Bakıda baş tutacaq.

Görüşlər 18-19 avqustda keçiriləcək. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qaliblər Çempionlar Liqasında, məğlublar isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcəklər. 

Qeyd edək ki, sabah II təsnifat mərhələsinin püşkü atılacaq.

Çempionlar Liqası
2020/21 mövsümü
I təsnifat mərhələsi

Ferensvaroş (Macarıstan) - Yurqorden (İsveç)
Seltik (Şotlandiya) - Reykyavik (İslandiya)
Legiya (Polşa) - Drita (Kosovo)/Linfild (Şimali İrlandiya) cütünün qalibi
Şerif (Moldova) - Fola (Lüksemburq)
Konnah (Uels) - Sarayevo (Bosniya və Herseqovina)
Srvena Zvezda (Serbiya) - Europa (Cəbəllütariq)
Buduçnost (Monteneqro) - Lüdoqorets (Bolqarıstan) 
Ararat (Ermənistan) - Omoniya (Cənubi Kipr)
Floriana (Malta) - ÇFR (Rumıniya)
Makkabi (Təl-Əviv, İsrail) - Riqa (Latviya)
Qarabağ (Azərbaycan) - Sileks (Şimali Makedoniya)
Dinamo (Tiflis, Gürcüstan) - Tirana (Albaniya)
Dinamo (Brest, Belarus) - Astana (Qazaxıstan)
Molde (Norveç) - KuPS (Finlandiya)
Flora (Estoniya) - Suduva (Litva)
Çelye (Sloveniya) - Dandolk (İrlandiya)
Klaksvik (Farer adaları) - Slovan (Slovakiya)



Xəbərin oxunma sayı : 6955




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap