“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Şengen vizası üçün ödəniş artırılır - Yeni şərtlər

Tarix 26.11.22, 19:04

Font ölçüsü : - / +
bitmap-img6


Gələn ilin ortalarından Avropa ərazisinə daxil olmaq Aİ üzvü olmayan vətəndaşlar üçün daha çətin və mürəkkəb olacaq.

May ayından etibarən Avropa Səyahət Məlumatı və Avtorizasiya Sisteminin (ETIAS) bir hissəsi olan Giriş və Çıxış Sistemi (EES) qüvvəyə minəcək.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, yeni sistem Aİ hüdudlarından kənarda yaşayan şəxslərin Şengen zonasındakı ölkəyə daxil olmamışdan əvvəl viza üçün müraciət və ödəniş etmələrini tələb edəcək.

Şengen zonasına hər giriş üçün əlavə 7 avro ödəniləcək.

Yeni sistemlə pasport məlumatları, barmaq izi, üz təsvirləri ilə birlikdə biometrik məlumatların qeyd edilməsi lazım olacaq. Bu, Aİ-də 90 gündən artıq qalan şəxslərin müəyyən edilməsini asanlaşdıracaq.

Məlumatda bildirilib ki, yeniliklər  Aİ vətəndaşı olmayan, lakin rəsmi olaraq üzv dövlətdə yaşayanlara şamil olunmayacaq.

Fransa hava limanlarında sərnişinlərin biometrik məlumatlarını və şəxsi məlumatlarını əvvəlcədən qeydiyyatdan keçirə biləcək özünəxidmət köşkləri quracaq. Bu məlumatlar daha sonra gömrük işçisi tərəfindən yoxlanılacaq.

Almaniya və Avstriyanın hakimiyyət orqanları da oxşar sistemi hava limanlarında quraşdıracaqlarını təsdiqləyiblər.

İtaliya bütün əsas hava limanlarında avtomatik qapıların sayını artıracağını və 600-ə yaxın özünəxidmət köşkü quraşdıracağını açıqlayıb.

Norveç sərhədçilərin idarə etdiyi “avtomatik kameraları” sınaqdan keçirəcək.



Xəbərin oxunma sayı : 697




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap