“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Ermənilər başdan-ayağa millətçi zəhəri ilə zəhərlənmiş xalqdır“ - Mübariz Qurbanlı

Tarix 10.07.19, 14:32

Font ölçüsü : - / +
bitmap-img6


"Ermənilər başdan-ayağa millətçi zəhəri ilə zəhərlənmiş xalqdır".

AzFakt.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsrailin "The Jerusalem Post”da dərc edilən məqaləyə münasibət bildirərkən deyib.

Komitə sədri bildirib ki, Ermənistan monoetnik dövlətdir: "Həm Sovetlər dönəmində, həm də bu gün Ermənistan ərazisində yəhudi milləti yoxdur. Olsa da çox az halda rast gəlinər. Bu da onu göstərir ki, ermənilər başdan-ayağa millətçi zəhəri ilə zəhərlənmiş xalqdır. Bu, onları müxtəlif dinlərə, xalqlara qarşı düşmənçiliyə yönəldir. Onların yəhudi millətinə olan münasibəti bəllidir. Ermənilərin elə ölkəmizə qarşı törətdiyi qətliamlar, Quba-Xaçmaz ərazilərində yaşayan yəhudilərə qarşı etdikləri amansızlıqlar bunu bir daha sübut edir. Ümumiyyətlə, bu, erməni xislətidir. Nəinki yəhudilərə qarşı, bütün xalqlara qarşı onlarda nifrət var”.

Xatırladaq ki, jurnalist Cessi Boqner "The Jerusalem Post”da dərc olunan məqaləsində son vaxtlar xristianlar tərəfindən antisemitizmin güclənməsinin müşahidə olunduğunu yazıb. Həmçinin müəllif Ermənistan cəmiyyətinin sistemli antisemitizm nümayiş etdirdiyinə dair çoxsaylı sübutların olduğunu da qeyd edib.



Xəbərin oxunma sayı : 163




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap