Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Ermənilərin törətdikləri vəhşiliklər sənədləşdirilib” – Yanğınların, dağıntıların qarşısını necə almaq olar?

Tarix 22.11.20, 17:46

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verildi. Noyabrın 15-də qaytarılmalı olan, amma boşaldılma prosesi daha 10 gün uzadılan Kəlbəcər rayonunda isə evlər yandırılır, meşələr qırılır.

Bəs yaranmış situasiyada baş verənlər necə önlənə bilər? Bu barədə Azərbaycanda nə düşünürlər?

“Təzminatın ödənilməsi çətin məsələdir”

Məsələ ilə bağlı “Azadliq” radiosuna danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, beynəlxalq hüquqda təzminat var. Hərçənd, o, Ermənistanın təzminat ödəyəcəyinə şübhəylə yanaşır:

“Təzminatın ödənilməsi çətin məsələdir. Ona görə də Azərbaycan diqqəti daha çox informasiya təbliğatına yönəltməlidir. Adi bir misal, Şuşada kilsəyə bomba düşəndə Ermənistan tərəfi bununla bağlı dünyada hay-küy saldı və Azərbaycana gələn alman və ingilis jurnalistləri dövlət başçısı İlham Əliyevlə müsahibədə 10 dəfə bu məsələyə qayıtdılar.” 

İlham İsmayıl deyir ki, Rusiya sülhməramlıları Kəlbəcərdəki hərəkətlərə nəzarət edə bilmirlər: “Yalnız xəbərdarlıq edirlər ki, çıxın və onların ermənilərin əraziləri tərk etməsinə müdaxilə etməməsi təəssüfləndiricidir. Amma Xankəndində ev qurmasına müdaxilə edirlər, Rusiya Fövqəladə Hallar Nazirliyi ora tikinti materialları göndərib”.

“Kəlbəcər və Ağdamda yanğınların törədilməsi, meşələrin qırılması ekoloji böhran yaradır”

Hakim Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edənlərdən Məlahət Həsənova isə dövlət başçısı İlham Əliyevin noyabrın 20-də xalqa müraciətini xatırladaraq bildirir ki, xarici jurnalistlər azad olunan ərazilərdən çəkilişlər edirlər və bunlar bütün dünyaya yayılacaq: “Biz BMT-nin ayrı-ayrı qurumları başda olmaqla beynəlxalq təşkilatları ölkəmizə dəvət edəcəyik və bu yöndə iş gedir. Xüsusilə Kəlbəcərdə və Ağdamda yanğınların törədilməsi, meşələrin qırılması ekoloji böhran yaradır. Bu məsələ dünyanın həmişə diqqətində olub, biz ermənilərin ekosistemə hansı zərəri vurduğunu sənədlərlə müvafiq beynəlxaq təşkilatlara çatdırmalıyıq. Sual yaranır, ərazini tərk edirsiniz, bəs niyə ağacları kəsir, meşələri və evləri yandırısınız, yaxud qəbiristanlıqların dağıdılması...”

“Bu, ikili standartlar deyilmi?”

O, təəssüflə qeyd edib ki, bütün bunlar dünyanın gözü önündə baş verir: “Amma Azərbaycandan insan haqlarını, demokratiyanı tələb edən Avropa Şurası, Avropa Parlamenti susqundurlar. Qarşılığında biz nə görürük, Fransa və Niderland parlamentlərinin, Paris meriyasının Azərbayanın əleyhinə layihələrini və qərarlarını, bu, ikili standartlar deyilmi? Məgər, onlar ermənilərin Kəlbəcərdə törətdiyindən xəbərsizdirlər, inanmıram. Yaxud Cəbrayılın, Ağdamın, Füzulinin dağıdılmış mənzərəsini görmürlərmi?”

“Azərbaycan baş verənləri sənədləşdirib...”

Məlahət Həsənova Respublika Prokurorluğunu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu yöndə sənədlər toplayaraq qəti addımlar atacağını bildirib. Onun vurğulamasına görə, Azərbaycan baş verənləri sənədləşdirib beynəlxalq hüquqi müstəvidə qaldıracaq və adekvat cəza tələb edəcək:

“Əlbəttə, Azərbaycan bununla işini bitmiş saymamalıdır, fikir verin, həmin dağıntıları törədənlər adi insanlardır, demək istəyirəm ki, erməni xalqında azərbaycanlılara qarşı dəhşətli nifrət toxumu səpiblər. Bunun müqabilində prezident Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olduğunu və qonşuluq münasibətlərinin inkişafına toxundu. Biz informasiya müharibəsində bu məqamı da qaldırmalıyıq”.



Xəbərin oxunma sayı : 664




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap