“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Ermənistan Qarabağda hərbi fəlakətlə üzləşib“ - Qərb mediası Azərbaycanın uğurlarından yazır

Tarix 26.10.20, 12:18

Font ölçüsü : - / +
bitmap-img6


Müharibə hələ bitməyib, ancaq Ermənistanın Azərbaycanın qarşısında duruş gətirə bilməyəcəyi aydındır. Bunu “Eurasianet.org” portalında Maykl Kofman yazıb.

Müəllif dörd həftəərzində Ermənistanın Dağlıq Qarabağda hərbi fəlakətlə üzləşdiyini qeyd edir.

Azərbaycan dronları və artilleriyası qarşı tərəfin qüvvələrini azaldır, işğal etdiyi əazilədən geri çəkilməyə məcbur edir.

İtkilərinin yerini doldura bilməyən Ermənistan əhəmiyyətli ərazilərdən çıxmaq məcburiyyətindədir. 

“Azərbaycan son iki həftəərzində Xankəndindən cənubda və İran sərhədi boyunca əhəmiyyətli əraziləri geri ala bilib. İndi Ermənistan qüvvələri Dağlıq Qarabağı Ermənistana birləşdirən Laçın dəhlizi artıq Azərbaycan artilleriyasının əhatə dairəsindədir. Azərbaycanın bir neçə günə bu rayonu da azad etməsi mümkündür. Bu yazı hazırlanarkən Ermənistan silahlıları Azərbaycan Ordusunun Laçına doğru irəliləməsinin qarşısını almağa çalışırdılar. Əməliyyatlar qızışdıqca döyüş xətti də tez-tez dəyişir”, – məqalədə deyilir.

Müəllif qeyd edir ki, artıq Ermənistan Azərbaycanın əldə etdiyi hərbi uğurların qarşısında heç nə edə bilməyəcək, inad etməklə qüvvələrini daha da mühasirəyə salacaq. Bakı artıq döyüş perfomansına söykənərək əhəmiyyətli siyasi qələbə qazandığını deyə bilər, amma irəliləməyi dayandırmaq niyyətində də deyil.

Yazıda Azərbaycanın silahlı dronlardan effektiv istifadə etməsindən, Ermənistan qüvvələrinin buna hazır olmamasından söz açılır.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Azərbaycan son bir ayda 150 civarında kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.



Xəbərin oxunma sayı : 904




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap