Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Ermənistan silah-sursatı hədiyyə alır” - Hikmət Hacıyev

Tarix 11.10.20, 20:26

Font ölçüsü : - / +
bitmap-img6


“Ermənistan tərəfindən açıq şəkildə, hər hansısa hərbi zərurət olmadan, alçaqcasına Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücum həyata keçirilib. Onlar bilərəkdən mülki insanların sıx şəraitdə yaşadığı yerə “Toçka-U” raketi ilə zərbə endiriblər. Bu hücum Ermənistan ərazisindən gerçəkləşib. Bizim qarşımızda alçaq, şərəfsiz, bütün mənəvi dəyərlərdən kənar olan bir düşmən var". 

AzFakt.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevsöyləyib.

“Demək olar ki, Ermənistan bununla ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri və Rusiyanın fəaliyyətinə öz hörmətsizliyini göstərib. Biz gözləyirik ki, həmin vasitəçilik missiyasını gerçəkləşdirən tərəflər özlərinə bu hadisələrə qiymət versinlər. Ermənistanın sülh haqqında danışıqlarının yalnız riyakarlıqdan başqa bir şey olmadığını açıq şəkildə nümayiş etdirdilər ki, bunu da beynəlxalq ictimaiyyət görməlidir”, - o qeyd edib.

Hikmət Hacıyevin sözlərinə görə, Minsk qrupu həmsədrlərindən Gəncədəki hadisələrə bir reaksiya gəlməyib: “Onlar üçün, yəqin bu gün bazar günüdür. Amma bu bazar günündə Azərbaycan xalqına qarşı növbəti bir cinayət, növbəti bir genosid aktı törədilib”.

Hikmət Hacıyev bildirib ki, Ermənistan Qarabağ bölgəsinə xeyli silah-sursat cəmləşdirib: “Konkret fakt bundan ibarətdir ki, Azərbaycan Silahlı Qüvvələri ərazilərimizin bir hissəsini azad edib. Çox çətin bir şəraitdə, qarışbaqarış, addımbaaddım getmişik. Əməliyyat şəraitini də nəzərə almaq lazımdır. Ora o qədər silah-sursat yerləşdirilib, özümüz də çox yaxşı bilirik ki, Ermənistan bunları hədiyyə olaraq alır. Coğrafi baxımdan kiçik olan ərazidə Ermənistan tərəfindən böyük sayda silah-sursat cəmlənib”.



Xəbərin oxunma sayı : 388




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap