“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Ermənistanda azərbaycanlılara məxsus 2000 toponim dəyişdirilib, 850 bina dağıdılıb“ - PA rəsmisi

Tarix 24.11.21, 18:53

Font ölçüsü : - / +
bitmap-img6


"Ermənistan dünyada yeganə ölkədir ki, İrəvanın memarlıq simasını tamamilə dəyişib. İrəvan qalasının izi silinib. Orada yalnız Göy məscid qalıb. Ermənistanda 850 bina dağıdılıb. Onlar dünyaya car çəkirlər ki, İrəvan qədim şəhərdir, lakin tarixi yerləri dağıdıblar, 2 000 toponimi tamamilə dəyişdiriblər".

"Report" xəbər verir ki, bu fikirləri Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ermənilərin törətdikləri dünyada görülməyən vəhşiklərdir: "Onlar Azərbaycan mədəniyyətinin bütün izlərini silmək istəyirlər. Dağıntıların şəkillərini çəkmək və saxlamaq lazımdır. Çünki orada bərpa işləri aparılacaq və dağıntılar qalmayacaq".

"Hazırda döyüşlərdən də ağır informasiya savaşı gedir. Ermənilərin etdiyini dünyaya göstərmək lazımdır", - F.Axundov bildirib.



Xəbərin oxunma sayı : 694




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap