Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Çexiya Azərbaycanın qeyri-neft sektoruna da maraq göstərir

Tarix 17.01.17, 19:24

Font ölçüsü : - / +
bitmap-img6


"Çex şirkətləri Azərbaycanda qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət göstərməkdə maraqlıdır".

Bunu Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda Çexiyanın sənaye və ticarət naziri Yan Mladek bildirib.

Çexiyalı nazir qeyd edib ki, Çexiya Azərbaycanla təkcə siyasi deyil, həmçinin iqtisadi əlaqələrin də inkişaf etdirilməsində maraqlıdır: "İki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində sahibkarların əməkdaşlıq imkanları olduqca genişdir. Ölkələrimiz strateji tərəfdaşdır. Azərbaycan Çexiyaya xam neft ixrac edir. Bununla belə, qeyri-neft sektoru sahəsində də ölkələrimiz əməkdaşlıq edir və bu sahədə əlaqələrin genişləndirilməsində maraqlıdır. Çexiya infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, təhsil, enerji, texnologiyalar sahəsində Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə maraq göstərir".

Y.Mladek deyib ki, Çexiya şirkətləri Azərbaycanda tullantıların idarə olunmasına böyük töhfə verəcək: "Biz turist axını ilə bağlı iki ölkə arasında vəziyyəti daha da yaxşılaşdırmalıyıq. Çex turistləri bu regionda daha çox İrana gəlirlər. Ancaq təşviqat kampaniyaları nəticəsində qarşılıqlı turist axınını artırmaq olar. Biz Azərbaycana ÜTT üzvlüyündə dəstək göstərməyə hazırıq. Əminəm ki, bu forum çərçivəsində şirkətlər və sahibkarlar arasında bir çox müqavilə və sənədlər imzalanacaq".(“Report”)



Xəbərin oxunma sayı : 88




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap