Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Şeyxdən xəbərdarlıq: Elə etməyin sizi işdən çıxarım

Tarix 25.05.17, 3:48

Font ölçüsü : - / +
bitmap-img6


"Bunu məclis sahibi bilməyə bilər. Amma siz yaxşı bilirsiniz"

"Din xadimləri, mollalar, axundlar Ramazan ayında iftara qədər ehsan verilən məclislərdə iştirak etməməlidirlər. Əslində məclislərdə iftara qədər ehsan verilməməlidir. Bu Allah qarşısında günahdır. Mən bu barədə tez-tez eşidirəm".

AzFakt.com-un verdiyi məlumata görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Ramazan ayı ilə bağlı keçirilən tədbirdə danışıb. O bildirib ki, ötən il həmin şəxslər haqqında müəyyən ölçü götürülmək istənilsə də, ilk il olduğu üçün qərarı növbəti ilə saxlayıblar.

"Ramazan ayında iftaröncəsi yemək verilən məclislərdə iştirak edən din xadimləri vəzifələrindən uzaqlaşdırılacaq. Məni sizi işdən uzaqlaşdırmaq məcburiyyətində qoymayın" — Paşazadə bildirib. O, məclislərdə iftardan öncə ehsan verilməsinin günah olduğunu deyib: "Bunu məclis sahibi bilməyə bilər. Amma siz yaxşı bilirsiniz".

"Bir daha qeyd edirəm, din xadimləri ehsan verilən məclislərdə iştirak etməməlidir. Kim belə halla qarşılaşsa, bizə xəbər verməsini istəyirəm. Belə şəxslər haqqında lazımi ölçü götürüləcək" — o, sərt xəbərdarlıq edib.

A. Paşazadə həmçinin qeyd edib ki, QMİ tərəfindən verilən fətva və təqvim bütün ölkə ərazisində istifadə edilməlidir: "Bizə İrandan, Marağadan, Türkiyədən təklif edilib ki, birgə təqvim hazırlansın. Lakin mən bildirmişəm ki, bizim elmimiz var, rəsədxanamız var və öz təqvimimiz olacaq".

Sputnik



Xəbərin oxunma sayı : 112




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap