Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Fövqəladə vəziyyət elan olunsun ...“ - “Heç kimə güzəşt olmasın, SMS icazəsi ləğv edilsin!“

Tarix 29.06.20, 13:08

Font ölçüsü : - / +
bitmap-img6


“Son vaxtlar koronavirusa yoluxanların sayında artım müşahidə edilir”. Bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, buna səbəb bəzi vətəndaşlar tərəfindən sanitariya və epidemiya əleyinə rejimin, sanitariya və gigiyena, karantin rejiminə ciddi riayət edilməməsidir: “Bu qaydalara bir sıra hallarda etinadsızlıq göstərilir. Bununla əlaqədar Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi qanun layihəsi hazırlayıb".

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə  deyib ki, kimlərinsə qanunu pozması nəticəsində insanlar xəstələnirsə, cərimələri daha da sərtləşdirməliyik.


Onun sözlərinə görə, bəzən bunu başqa cür qələmə vermək istəyənlər də var:“Biz vətəndaşlardan xahiş edirik ki, 30 qəpik verib maska alsın və cərimə ödəməsin. Bu həm də onların sağlamlığının qorunmasıdır. Biz qanunu daha da sərləşdirməliyik. Bizim hər birimiz intizamlı olmalıyıq. Hesab edirəm ki, koronavirusla əlaqədar şayiə yayanlar barədə də ölçü götürülməlidir. Bəziləri sosial şəbəkələrdə yazır ki, pandemiya yoxdur. Bunlar barədə ölçü götürülməlidir. Bəziləri hətta belə bir informasiyalar yayır ki, siz qanunu pozun cənab Prezident və Mehribar xanım Əliyeva həmin cərimələri ödəyəcək. Evin üstündə çıxıb domino oynayan şəxsin cəriməsini niyə Prezident və xanımı ödəməlidir?"

Siyavuş Novruzov çıxış edərək qoruyucu maska taxmayanlara qarşı cərimələrin artırılması barədə qanun layihəsini müdafiə etdiyini bildirib: “Bu, milli təhlükəsizlik, dövlət təhlükəsizliyi, ailə təhlükəsizliyi məsələsidir. Hər bir ailə dövlətin əsasını qoyduğunu nəzərə alsaq, hər bir məhv olan ailənin dövlətin sütunlarını sarsıtdığını da nəzərə almalıyıq. Təkcə cərimə ilə deyil, digər inzibati metodlarla da biz bunun qarşısını almağa çalışmalıyıq”.

Komitə sədri cərimələrin yüksək olmasına etiraz edənlərə də cavab verib: “Biz vətəndaşdan xahiş edirik ki, 30 qəpiklik maska alıb taxsın, gedib 200 manat cərimə verməsin. Bu, onun özünün, ailəsinin təhlükəsizliyinin qorunmasıdır. Hüquqlar o vaxt məhdudlaşdırılır ki, digərlərinin hüquqları pozulur. Hər kəs çalışmalıdır ki, digərlərinin hüququnu pozmasın”.


Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki,son 14 gün ərzində Azərbaycanda koronavirusa yoluxanların sayı 50 faiz artıb: "Bu, çox ciddi bir rəqəmdir”.

Onun sözlərinə görə, yoluxmanın sayının artması Azərbaycan səhiyyə sisteminə ciddi təzyiq edir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.

Amma küçələrdəki insan seli, həftə sonları rayonlara axışanlar, məhəllələrdəki uşaqların sağa-sola qaçışı, yaşlıların stola çırpdığı dominonun, nərdin səsindən sanki karantin rejiminin “evdə həbs olunan” az sayda adama şamil olunduğu düşüncəsi yaranır. Əgər karantin rejiminə istər vətəndaş, istərsə də səlahiyyətlilər məsuliyyətsiz yanaşırlarsa, bunu tətbiq etməyin nə anlamı var? Onsuz da yoluxma sayında hansısa müsbətə dorğu dəyişiklik müşahidə edilmir...



Modern.az-ın mövzu ilə bağlı suallarını Milli Məclisin deputatı Fəzail Ağamalı da  bildirib ki, qaydalara riayət edilmədiyi üçün birmənalı olaraq, karantin rejimi daha da sərtləşdirilməlidir: “Polislərimiz pandemiya ilə mübarizədə fəallıq göstərməkdədirlər. Bununla yanaşı, əvvəlki günlərə nisbtən maskadan istifadə edən vətəndaşaların da sayı artıb. İndiki artımlar 15-20 gün əvvəl yoluxanlardır. Hansı ki, həmin vaxt vətəndaşların əksəriyyəti inanmırdı, maskadan istifadə etmirdi və s.

Buna baxmayaraq, düşünürəm ki, karantin rejimi daha da sərtləşdirilməli, vətəndaş-dövlət birgəliyilə COVID-19-a qalib gəlməliyik.

Bununla bağlı parlamentdə də öz fikirlərimi bildirəcəm. Elə etməliyik ki, vətəndaşlar karantin rejiminin qaydalarına riayət etsinlər. Etməyənlərə qarşı ən sərt tədbirlər, ciddi cəzalar görülməlidir”.

Deputat qeyd edib ki, sərtləşdirilmələrin məqsədi insanların virusa yoluxmaması üçündür: “Tibbi maska, sosial məsafə və şəxsi gigiyena qaydalarına riyaət etmək məcburidir. Kimsə bunu dərk etmirsə, onlara qarşı çox ciddi addımlar atılmalıdır. Cərimələr kifayət deyil, onları inzibati məsuliyyətə cəlb etməklə, barələrində cinayət işi açılmalıdır. 1 milyarddan çox əhalisi olan Çin virusa qalib gəldi. Çünki heç kimə güzəşt edilmədi, qayda-qanun hamı üçün bərabər oldu”.

F.Ağamalı gün ərzində SMS vasitəsilə 2 saatlıq icazənin də əleyhinə olduğunu dilə gətirib: “İcazə həftədə 2 dəfə olmaqla, ailə üzvlərindən birinə verilməlidir. Ailədə 5 nəfər var, hamısı vaxt müəyyən edir, hamısı icazə ilə küçələrdədir, heç biri də iş dalınca çıxmır. Sadəcə virus daşıyıcılarına çevirilirlər. Qonşu Gürcüstan, Türkiyə, Avropa təcrüəbləri var. Hətta düşünürəm ki, lazım gələrsə, 8 rayon və şəhərdə fövqəladə vəziyyət, komendant saatı müəyynləşdirilsin. Artıq cərimə yoxdur, küçəyə çıxan dərhal həbsxanaya gedr. Bu cür addımlarla məsuliyyətsizliyin qarşısını almaq olar. Yoxsa , “yaydır, hamı hava almaq istəyir” yanaşmaları ilə heç bir mübarizə effektli olmayacaq”.



Xəbərin oxunma sayı : 1435




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap