“Qızlar evdə qalıb, məni kim alacaq?“ - Azərbaycanlı rəqqasə Xalq artisti Röyadan yarıçılpaq paylaşım - VİDEO Aygün Kazımovanın qızı göbəyini və sinəsini nümayiş etdirdi - FOTOLAR “İçirəm, içki içmək günah deyil“ - Azərbaycanlı müğənni
Axtar
 
  • / Maqazin / — 30 İyun 2020

    “Qızlar evdə qalıb, məni kim alacaq?“ - Azərbaycanlı rəqqasə

  • / Maqazin / — 16 İyun 2020

    Xalq artisti Röyadan yarıçılpaq paylaşım - VİDEO

  • / Maqazin / — 16 İyun 2020

    Aygün Kazımovanın qızı göbəyini və sinəsini nümayiş etdirdi - FOTOLAR

  • / Maqazin / — 10 İyun 2020

    “İçirəm, içki içmək günah deyil“ - Azərbaycanlı müğənni

  • / Maqazin / — 08 İyun 2020

    “Qarınlı kişilər üçün ürəyim gedir“ - Mina Hüseyn

  • / Maqazin / — 06 İyun 2020

    “Ürəyimdə problemlər yaranıb” - Məleykə Əsədova

Əflatun Amaşovdan mənzil qalmaqalı haqda açıqlama: “...Cəzalandırılmalıdır!”

Tarix 30.05.20, 20:30

Font ölçüsü : - / +
bitmap-img6


Korrupsiya idarəsində dindirilən jurnalistlər prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanması istisna edilmir.

Onlar iddia edir ki, müraciətdə Prezident Adminstrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov, Vüqar Səfərli başda olmaqla əlaltıları vasitəsilə ona verilən vəzifədən ancaq onların hüquqlarını tapdalamaq və haqlarını mənimsəmək üçün istifadə ediklərini vurğulayıblar. Həmçinin jurnalistlərə verilən evlərin bir çoxunun məhz ehtiyacı olmayanlara, sadəcə Əli Həsənov-Vüqar Səfərli-Əflatun Amaşov triosuna yaxın olan şəxslərə verilməsi qeyd olunub.

AzFakt.com xəbər verir ki, məsələ ilə bağlı adı korrupsiya əməlində hallandırılan Mətbuat Şurasının sədri Əflatun Amaşov Criminal.az saytına açıqlamasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılmadığını deyir.

Şura sədrinin sözlərinə görə, əgər jurnalistrə hüquq-mühafizə orqanına müraciət ediblərsə, bu işin obyektiv araşdırlmasında maraqlıdır: "Mən hazırda deyiləm, jurnalistlərin müraciətindən xəbərsizəm. Kimin nə iradı, faktı varsa korrupsiya idarəsinə təqdim etsin. Mətbuat Şurasının sədri kimi maraqlıyam ki, müraciət edən jurnalistlərin iradları ciddi araşdırılsın. Çünki, fondun yaranmasında, jurnalistlərə mənzillərin verilməsində mənim də təşəbbüsüm və rolum olub. Ona görə də, istəyirəm ki, araşdırma aparılsın, nəticələr mənə də maraqlıdır. Mən ev bölgüsündə saxtalıq olmasında xəbərsizəm. Müraciət edən edən jurnalistlərin bildikləri fakt varsa, ola bilsin korrupsiya idarəsində söyləyəcəklər. Nəticələr maraqlı olacaq".

Ə.Amaşov deyir ki, bu məsələdə kimlərin rolu varsa cəzalandırılmalıdır. Mənzil məsələsi dünyanın heç bir yerində olmayan təşəbbüsdür: "Ölkə rəhbəri jurnalistləri təmənnasız mənzillərlə təmin edib. Bu evlər prezidentin adı ilə bağlıdır. Ölkə başçısının jurnalistlərə hədiyyəsidir. Bu məsələ açıq və şəffaf olmalıdır. Kimlərinsə zərrə qədər günahı varsa hüquqi qiymətini almalıdır".

Media işçilərinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılaraq dindirilməsi ilə bağlı Baş Prokurorluq heç bir açıqlama yaymayıb.



Xəbərin oxunma sayı : 532

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda