Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Formula-1“ Azərbaycan Qran Prisi başa çatır

Tarix 25.06.17, 20:16

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Bakıda "Formula-1" Azərbaycan Qran Prisi başa çatacaq

Yarışın son günündə Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək.

Yarışda hər birindən iki pilot olmaqla, 10 komanda iştirak edəcək.

Nüfuzlu turnirə saat 15:30-da pilotların paradı ilə start veriləcək. Açılış mərasimi isə 20 dəqiqə sonraya təyin olunub. Saat 16:46-da dövlət himni səslənəcək. Nəhayət, 17:00-da Qran-pirinin həlledici mərhələsi başlayacaq. Pilotlar hökümət meydanından başlayaraq, Qız Qalası, İçərişəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar. Hər dairənin uzunluğu 6.003 km, trekin ümumu məsafəsi isə 306.049 km-dir.

Azərbaycan Qran-prisinin start düzülüşü bu cürdür: Luis Hamilton, Valtteri Bottas (hər ikisi "Mercedes"), Kimi Raykonnen, Sebastyan Fettel (hər ikisi "Ferrari"), Maks Ferstappen (Red Bull), Serxio Peres, Esteban Okon (hər ikisi "Force İndia"), Lens Stroll, Felipe Massa (hər ikisi "Williams"), Daniel Rikkardo (Red Bull), Daniil Kvyat (Toro Ross), Kevin Maqnussen (Haas), Niko Hulkenberq (Renault), Paskal Verlayn (Sauber), Karlos Saynz (Toro Rosso), Roman Qrojan (Haas), Markus Eriksson (Sauber), Stoffel Vandorn (McLaren), Fernando Alonso (McLaren), Colion Palmer (Renault).

"Formula-1" üzrə 2017-ci il mövsümünə martın 26-da Avstraliya Qran-prisi ilə start verilib. Artıq yarışın 7 mərhələsi geridə qalıb. “Mercedes" komanda hesabında 222 xalla liderdir. Sürücülərin sıralamasında isə 141 xalla "Ferrari"nin pilotu Sebastyan Fettel ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, 2016-cı ildə Bakıda keçirilən "Formula-1" üzrə Avropa Qran-prisində “Mercedes” komandasının pilotu Niko Rosberq qalib olub-1:46.485.("Report")



Xəbərin oxunma sayı : 91




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap