Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Əfqan hökuməti Türkiyənin təklifini nəzərdən keçirir - Bayden Ərdoğana söz verib

Tarix 19.06.21, 14:51

Font ölçüsü : - / +
bitmap-img6


Əfqanıstan hökuməti NATO qüvvələri geri çəkildikdən sonra Kabilin Həmid Karzai Beynəlxalq Hava Limanını qorumaq üçün Türkiyənin təklifini nəzərdən keçirir. Xəbərlərdə, həmçinin Əfqan təhlükəsizlik qüvvələrinin hava limanlarını qoruya biləcəyini vurğulanır.

Milli Təhlükəsizlik Şurası (MTŞ) Ofisinin sözçüsü Rahmatullah Andar deyib ki, Həmid Karzai Beynəlxalq Hava Limanı da daxil olmaqla, beynəlxalq standartlara cavab verən bütün hava limanları fəaliyyətini davam etdirəcək və Əfqanıstan bu məsələdə öz milli maraqlarını nəzərə alaraq qərar verəcək. Prezident Əşrəf Qaninin sözçünün müavini Məhəmməd Amiri isə bildirib ki, təhlükəsizlik qüvvələri hava limanlarının təhlükəsizliyini nizamlı bir plana əsasən təmin edəcək.

Xatırladaq ki, Taliban, Türkiyənin Kabil hava limanını qorumaq təklifinə qarşı çıxıb və 2020-ci ildə imzalanan müqaviləyə görə, Ankaranın Əfqanıstandan ayrılmalı olduğunu diqqətə çatıdırıb. Khaama Press Agency xəbər verir ki, Talibanın sözçüsü Suhail Şaheen, Türkiyənin ABŞ və NATO qüvvələri Əfqanıstandan geri çəkildikdən sonra Kabildəki Həmid Karzai Beynəlxalq Hava Limanını qorumaq təklifinə qarşı olduğunu açıqlayıb.

Açıklama yok.

Bu arada, ABŞ bəyan edib ki, NATO qüvvələri Əfqanıstanı tərk etdikdən sonra Türkiyə Kabil hava limanında təhlükəsizliyin təmin edilməsində "aparıcı rol oynayacaq". ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan cümə axşamı jurnalistlərə verdiyi açıqlamada deyib ki, ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bazar ertəsi günü ilk ikitərəfli görüşləri zamanı ABŞ Prezidentinin sentyabr səfəri öncəsi Türk nümayəndəliyinin qurulmasını təmin etmək üçün “birlikdə çalışmağa" razılaşıblar: “Prezident Ərdoğan, dediyiniz kimi, bunu etmək üçün müəyyən dəstəyə ehtiyac olacağını bildirib və Prezident Bayden bu dəstəyin yaxın zamanlarda olacağına söz verib. Prezident Ərdoğan bundan məmnun olduğunu dilə gətirib və ikisi də komandalarına yalnız son detalları hazırlamağı tapşırıb. Amma liderlərdən açıq şəkildə Türkiyənin Həmid Karzai beynəlxalq hava limanının təhlükəsizliyini təmin etməkdə aparıcı rol oynayacağı müəyyən edilib. Və biz indi yalnız bunu necə icra edəcəyimizi araşdırırıq”.

SƏMLA

AzPolitika.info



Xəbərin oxunma sayı : 682




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap