“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Fransa hərbi qulluqçularının Ukraynaya keçməsinə icazə verə bilər” –“Le Monde”

Tarix 02.03.24, 8:48

Font ölçüsü : - / +
bitmap-img6


“Fransa xüsusi təyinatlıların və digər hərbi birləşmələrin Ukrayna sərhədindən keçməsinə icazə verməyi nəzərdən keçirir”.

Bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Ukraynada genişmiqyaslı müharibə başlayandan Ukraynada Qərb kəşfiyyat xidmətlərinin çoxsaylı məxfi agentləri var idi: gizli diplomatlar, Ukrayna qərargahında yerləşdirilən “məsləhətçilər” və ya hər növ xüsusi təyinatlılar:
“Bütün müttəfiq dövlətlər Ukraynadadır. Bunlar döyüş birləşmələri deyil, məsələn, orada bütün xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edirlər”.
Rəsmi Paris öz ordusunun Ukraynada olmasını inkar edir. Qəzet yazır ki, Ukrayna ərazilərində Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları var.
Nəşr qeyd edir ki, bu variant qoşunların kütləvi şəkildə yerləşdirilməsini nəzərdə tutmur və hər şeydən əvvəl Rusiyanı strateji dilemma qarşısında qoymaq üçün bir vasitə hesab olunur. Nəşr təklif edir ki, Fransa və ya digər ölkələrin əsgərləri yerüstü hava hücumundan müdafiə obyektlərində ola biləcəklər ki, bu da potensial olaraq Ukraynanın bəzi ərazilərini təhlükəsiz edəcək və Rusiya ordusunun zərbələrini ciddi şəkildə məhdudlaşdıracaq. Bu, Amerikanın F-16 təyyarələri Ukraynaya gələndə də vacib ola bilər.
Fransanın “Le Figaro” qəzetinin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron martın 7-də Fransadakı bütün siyasi qüvvələrlə görüş keçirərək Ukraynaya mümkün quru qoşunlarının göndərilməsini müzakirə edəcək.



Xəbərin oxunma sayı : 625




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap