“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Günay Bank”ın 29 illik fəaliyyətinin nəticəsi - 14 milyon manat ZƏRƏR

Tarix 25.02.21, 17:47

Font ölçüsü : - / +
bitmap-img6


“Günay Bank” 29 ildir fəaliyyət göstərsə də bankın yığılmış zərəri 14 milyon manata yaxındır. Hər il mənfəət əldə edən bank yığılməş zərərini bərpa edə bilmir.

AzFakt.com valyuta.az-a istinadən xəbər verir ki, 2020-ci ilin yekun illik hesabatını hələ də açıqlamayan “Günay Bank” 2019-cu ilin yekun illik hesabatında 13 milyon 682 min manat yığılmış zərəri olduğunu bildirmişdi. 2020-ci ilin yekununda isə cəmi 408 min manat xalis mənfəət əldə edən bankın yığılmış zərərinin yaxın gələcəkdə azalması ehtimal olunmur.

“Günay Bank” 2020-ci ilin son rübündə - 2 milyon 60 min manatlıq bölüşdürülməmiş mənfəətinin olduğunu bildirmişdi. Bununla bərabər 408 min manat xalis mənfəət əldə edən bankın bölüşdürülməmiş mənfəəti 1 milyon 652 min manata düşəcək. Yəni, bank əvvəlcə bölüşdürülməmiş mənfəətini müsbətə tamamlamalı, daha sonra yığılmış zərərini bərpa etməlidir.


Cədvəldə də qeyd olunduğu kimi bank 6 ildən çoxdur ki, yığılmış zərərini artırır. 2014-cü ildən 2019-cu ilin sonunadək bankın yığılmış zərəri 11 milyon 910 min manat artıb. Bankın cəmi kapitalı isə 6 il ərzində 11 milyon 932 min manat azalaraq 51 milyon 227 min manata düşüb. 

“Günay Bank”ın səhmdarlarını təqdim edirik:

52,13% – Mahmud Məmmədov
40,05% – Yeganə Şirinova
2,67% – Günay İldırımzadə
2,31% – Xanım Məmmədova
1,12% – Samir Cəfərov
1,10% – Mahir Xəlilov
0,63% – Əhməd Mehribani (Fransa)





Xəbərin oxunma sayı : 925




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap