“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Güzəştli kreditə görə “şapka“ istəyirlər“ - Sahibkar

Tarix 02.07.22, 15:58

Font ölçüsü : - / +
bitmap-img6


Sahibkarlığın İnkişafı Fondunun məlumatına görə, 2022-ci ilin yola salınan 5 ayında sahibkarlara 43.7 milyon manat güzəştli kredit verilib.

AzFakt.com xəbər verir ki, adını çəkmək istəməyən bir sahibkar “AzadlıqRadiosu”na bildirib ki, bir il əvvəl o da güzəştli kredit üçün müraciət edib: "Mənə bankdan o qədər sənəd deyilib ki, bunların hamısını təqdim etmək mümkün deyil. Hətta təqdim edənlər var. Amma əvəzində hər hansı səhv tapırlar, adamı get-gəl edirlər. Sonra da bəzən "şapka" istəyirlər. Nəticədə isə imtina cavabını alırsan. Vaxtın da gedir, əsəbin də".

Sahibkarlığın İnkişafı Fondundan isə "Turan"a deyilib ki, indiyədək müvəkkil kredit təşkilatları vasitəsilə 41 min 300-dək layihə maliyyələşdirilib və bu məqsədlə 2.7 milyard manatdan çox güzəştli kredit ayrılıb: "Kreditlərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinin payı 91.7 faiz təşkil edib. 6.1 faiz sənaye məhsullarının istehsalı və emalı, 1.6 faiz xidmət, 0.6 faizi isə turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb".

Qurumdan vurğulanıb ki, kreditlər tam şəffaf sistemlə təqdim olunur.
İqtisadçı Nemət Əliyev isə “AzadlıqRadiosu”na bildirib ki, 5 ay ərzində sahibkarlara verilən güzəştli kreditlərin məbləği çox kiçikdir:"Azərbaycan iqtisadiyyatı üçün sahibkarların ehtiyacları kontekstində qiymətləndirəndə bu, çox az maliyyə vəsaitidir. Bu, 43.7 milyon manat olmalı deyildi, milyardlardan söhbət getməli idi".
Onun fikrincə, Azərbaycan sahibkarlarının kredit resurslarına ehtiyacı həddindən artıq çoxdur:"Güzəştli kredit məsələsi gündəmə ona görə daşınır ki, güzəştsiz kreditlərin faiz dərəcələrini qaytarmaq, onların yükünü daşımaq hazırkı şəraitdə mümkün deyil. Ona görə də güzəştli kreditlərə tələbat həddindən artıq çoxdur".

N.Əliyevin sözlərinə görə, Azərbaycan reallığında güzəştli kreditlərdən heç də hamı yararlana bilmir: "Hər hansı bir şəkildə bu və ya digər dərəcədə əlaqəsi olanlar bu imkandan istifadə edirlər. Ona görə də güzəştli kreditlərdən istifadə edən çərçivə çox məhduddur".

Güzəştli kreditlər sahibkarlara 5 faizlə təqdim edilir.



Xəbərin oxunma sayı : 706




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap