Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Güzəştli mənzillər”lə bağlı iki yeni qayda:ev seçimində növbəlilik prinsipi tətbiq ediləcək

Tarix 21.01.19, 12:29

Font ölçüsü : - / +
bitmap-img6


“Güzəştli mənzillər”lə bağlı yeni qaydalar qəbul olunub. 

AzFakt.com xəbər verir ki, may ayından dövlət vəsaiti hesabına tikilən və bazar qiymətlərindən nisbətən ucuz təklif edilən mənzillərin online satışı zamanı mənzil seçimində növbəlilik prinsipi tətbiq ediləcək.

Keçən ilin mayında internet platformasında problemlər yarandığından ilk satışın nəticələri ləğv olunmuş, ikinci satışın nəticələri isə mübahisə doğurmuş, amma MİDA satışın baş tutduğunu bildirmişdi.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) məlumatına görə, online satış zamanı mənzil seçən, ancaq onu almağa gecikən müştərilər növbə gözləyəcəklər: mənzili seçən şəxs hər hansı səbəbdən onu almasa, bu hüquq növbədəki adama keçir. Növbədə olan şəxs də bundan hər hansı səbəbdən yararlana bilmədikdə, mənzili almaq hüququ növbədəki üçüncü şəxsə keçir.

MİDA bildirir ki, artıq vətəndaşlara mənzil seçimindən əvvəl agent banklarla götürüləcək kreditin məbləğini və müddətini əvvəldən müəyyən etmək imkanı veriləcək.

Dövlət qurumu bəyan edib ki, bu dəyişiklər vətəndaşların “mənzil seçimini və onun əldə edilməsini rahatlaşdıracaq”.

Mənzilləri güzəştlə əldə etmək istəyən vətəndaşlar daha bir dəyişiklikdən faydalan biləcəklər. Belə ki, mənzilləri öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək almaq istəyən şəxslər üçün satış elanı veriləcəkdir. Ancaq MİDA bu satış planının detallarını açıqlamayıb.

Güzəştli mənzil almaq üçün iki kateqoriyada kriteriyalar müəyyənləşib:

Yaşı 35-dən çox olmayan gənc ailə üzvləri kateqoriyası:
Şəhid ailəsi üzvləri, milli qəhrəmanlar, məcburi köçkünlər;
ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər;
ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxslər, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər;
idman sahəsində xüsusi xidmətləri olan şəxslər.
Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər kateqoriyası:
Elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
ən azı 15 il dövlət qulluğunda xidmət edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər;
ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları;
ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər;
ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər aiddir.



Xəbərin oxunma sayı : 250




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap