Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına Nəsrin Cavadzadə qırmızı əlbisədə... - VİDEO Pərvin Abıyevanın istirahət paylaşımı olay oldu - FOTO
Axtar
 
  • / Maqazin / — 05 Sentyabr 2020

    Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video

  • / Maqazin / — 02 Sentyabr 2020

    Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına

  • / Maqazin / — 24 Avqust 2020

    Nəsrin Cavadzadə qırmızı əlbisədə... - VİDEO

  • / Maqazin / — 18 Avqust 2020

    Pərvin Abıyevanın istirahət paylaşımı olay oldu - FOTO

  • / Maqazin / — 17 Avqust 2020

    Nigar Camal qızları ilə bağ evində, hovuzda... - VİDEO

  • / Maqazin / — 14 Avqust 2020

    “Həyatımdakı şəxs məni maddi təmin edir“ - Təranə

“Hökmən Şuşaya geri dönəcəyik“ - Dağlıq Qarabağın azərbaycanlı icmas

Tarix 07.05.20, 23:10

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb. 

AzFakt.com xəbər verir ki, bəyanatda deyilir: 

"1992-ci ilin 8 may tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Şuşa şəhəri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində strateji baxımdan ən əhəmiyyətli yerlərdən biri olmuşdur. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, Şuşa rayonunun 24 mindən artıq əhalisi məcburən köçkünə çevrilərək Azərbaycanın 58 rayonunda məskunlaşıb.

Özünün unikal şəhərsalması ilə seçilən Şuşada 17 məhəllə var idi: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə. Hər bir məhəllədə hamam, məscid, bulaq var idi.

Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində 25 məktəb, 31 kitabxana, 20 səhiyyə müəssisəsi, 17 klub, 8 mədəniyyət evi, 4 texnikum, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatr, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır.

Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Şuşanın işğalından 28 il keçir. Biz ümidimizi itirmirik və inanırıq ki, hökmən Şuşaya geri dönəcəyik və dağıdılmış şəhərimizi bərpa edəcəyik.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox, o cümlədən Şuşa rayonunun 30 mindən çox olan azərbaycanlı icması adından dünya birliyini Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən bu gün də davam etdirilən təcavüz hərəkətlərinə son qoymasını və işğala obyektiv hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırırıq.

Bəyan edirik ki, Ermənistan – Azərbaycan münaqişənin ədalətli həlli yalnız Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərdən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtmasından sonra mümkündür. Biz, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, bölgənin erməni icması ilə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində birgə sülh şəraitində yaşamağa hazırıq. Yalnız bu halda regionda davamlı və ədalətli sülh təmin oluna bilər!.



Xəbərin oxunma sayı : 1000

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda