Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Əhalinin xərclərini artıran daha bir qərar qüvvəyə minir – İldə ən azı 50 manat…

Tarix 05.11.19, 10:31

Font ölçüsü : - / +
bitmap-img6


“Gələn ildən daşınmaz əmlak sığortası məcburi olacaq”.

Bu barədə məlumat verən iqtisadçı Qubad İbadoğlu bildirib ki, bunun üçün Bakı şəhərində əmlakı olanlar ən azı 50 manat ödəməlidir:

“2020-ci il yanvarın 1-dən əhalinin xərclərini artıran daha bir qərar qüvvəyə minir. Belə ki, gələn ildən daşınmaz əmlak sığortası icbarı olacaq. Qanuna görə, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansi formada itkisilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Göstərilən məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir. Bu o deməkdir ki, daşınmaz əmlak sahibləri onu məcburi sığorta etməli və Bakı şəhərində ildə ən azı 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində bu məqsədlə 40 manat, digər yaşayış məntəqələrində isə 30 manat ödəməlidirlər”.

İqtisadçı deyib ki, əmlakını sığorta etdirməyənlər cərimə olunacaq:
“Cərimənin məbləği 30 manatdır, 20 gün müddətinə əmlakını sığorta etdirməyənər təkrar 30 manat cərimə olunacaq. Dünyanın əksər ölkələrində daşınmaz əmlak icbari deyil, könüllü sığorta olunur. Həmin ölkələrdə icbari sığorta yanaşması yalnız o hallarda məcburi xarakter daşıyır ki, ondan üçüncü şəxs ziyan çəkə bilər. Belə ki, bu ölkələrdə avtomobillərin sığortası icbari olsa da, daşınmaz əmlakın sığortası könüllüdür.
Azərbaycanda da daşınmaz əmlak sığortası növbəti ilədək könüllülük əsasında tətbiq olunurdu. Lakin, sığorta şirkətlərinə inamsızlıq və bütövlükdə isə sığorta mədəniyyətinin inkişaf etməməsi səbəbindən əhali bu sığorta növünə o qədər də maraq göstərmir”.



Xəbərin oxunma sayı : 1315




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap