Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Əhaliyə satılan mavi yanacaqla bağlı -Şok faktlar

Tarix 02.12.16, 4:54

Font ölçüsü : - / +
bitmap-img6


Qaz itkisinin həcmi heyrətamiz həddədir, qaz ölkəsinin sakinləri yanacağı dövlətdən niyə qat-qat baha alırlar?

Azərbaycan Dövlət Neft Şirkətinin strukturu olan "Azəriqaz” İstehsalat Birliyinin bir neçə rayonda qaz verməyəcəyi barədə elanlarını hər gün oxuyuruq və bu hal intensivləşib.

 Bəzən 20 rayonda eyni vaxtda qaz olmur. Problem artıq bir neçə ildir start götürüb. İB-dən bunu qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işləri ilə izah edirlər. Amma problemin təkrarlanması, uzun illərdir bu "profilaktika işi” nin bitməməsi, eyni rayonlarda dəfələrlə təkrarlanması qaz verilişinin məhdudlaşdırılmasının altında başqa səbəblərin dayandığını düşünməyə əsas verir. Qazın kəsiləcəyinin qabaqcadan elan edilməsinə baxmayaraq, əksər hallarda sakinlər heç bir tədbir müşahidə etmədiklərini söyləyirlər. "Bizim Yol” bu problemi araşdırıb. 

Qaz verilişini bu şərtlə dayandıra bilərlər ki... 

Qeyd edək ki, hazırda "Azəriqaz” abunəçilərinin sayı 1,93 mln-a çatıb. Şirkətin daxili bazarda 9 milyard kub/metrdən çox qaz payladığı bildirilib. Qaz təchizatı haqqında Qanunun Qaz paylayıcısı tərəfindən qazın verilməsinin dayandırılması hallarına dair 13-cü, "Qazın paylanması və satılması” maddəsinə görə qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda və bir də məhkəmənin qərarı ilə. İstehlakçıya qazın verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. 

Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.

Davamlı təmir qazdan boğulmaların qarşısını niyə almır?

Yəni, qanunda aydın deyilir ki, şirkət abunəçilərin fasiləsiz və keyfiyyətli şəkildə qazla təchizatını təmin etməlidir. Qazı kəsmədən də hər bir istehlakçıya yazılı bildiriş göndərilməlidir. Amma "Azəriqaz”-da ümumi bir elanla kifayətlənirlər. 

Maraqlı olan burasıdır ki, "qaz təchizatını yaxşılaşdırmağı” bəhanə gətirərək saatlarla qaz verilişini dayandırırlar, amma sonradan texniki problemlər də aradan qalxmır. Bir çox rayonlarda, o cümlədən Bakıətrafı qəsəbələrdə qazın təzyiqi həddən artıq aşağıdır. Günün müəyyən vaxtlarında təzyiq o qədər azalır ki, qaz cihazları işləmir. "Azəriqaz” isə bunu qışa hazırlıqla izah edir ki, bu da yenə qanunda nəzərdə tutulmur. 

Məntiqi sual yaranır ki, əgər bu qədər təmir işləri aparılırsa, onda qaz sızmaları, boğulma və zəhərlənmələr, partlayışlar necə baş verir? Və ən pisi də odur ki, belə faciələrin səbəbləri araşdırılmır, "bədbəxt hadisə” kimi qeydiyyata almaqla kifayətlənirlər. Həm də fikir vermisinizsə, bu, yalnız qış aylarında intensivləşir. Nədənsə yay aylarında biz qaz boğulmaları barədə demək olar ki, eşitmirik. Məişət qazına zərərli qatqıların olduğuna dair söylənənlər SOCAR səviyyəsində təkzib edilib. 

Ötən il qaz itkisi 1,1 milyon kub/metr olub 

İddialara görə, "Azəriqaz”ın qaz təchizatını tez-tez dayandırması və təzyiqi kəskin azaltmasının qışa hazırlıq, ya da davamlı təmir-quraşdırma işləri ilə əlaqəsi yoxdur. Səbəb bu sahədə maxinasiyaların ört-basdır edilməsi, izahını verə bilmədikləri qaz itkisinin yerinin doldurulmasıdır. Əslində təminat yaxşılaşırsa, paralel olaraq qaz itkisi də azalmalıdır. Amma əksinə, qaz itkisi ilbəil artır. 2013-2015-cü illərdə təbii qaz itkisi 890 min kub/metrdən 1,087 mlrd. kub/metrə yüksəlib. Bu sektora həm dövlət, həm də kredit təşkilatları tərəfindən yatırılan investitsiyalara, yenilənən infrastruktura baxmayaraq, itkilər 18 faiz artıb. İtkilərin artması göstərir ki, islahatlar bu sahədə mənfi meyllər yaradıb. "Azəriqaz”-a əhalinin tələbatını ödəyəcək qədər qaz verilir, lakin onun bir hissəsi hələ də itkiyə gedir. "Azəriqaz” abonentlərin smart tipli sayğaclarla təmin olunmasına, qazpaylayıcı şəbəkənin yenilənməsinə iri həcmdə vəsaitlərin xərclənməsinə baxmayaraq "qaz itikisi”-ni hələ də aradan qaldıra bilməyib.

Əhali işlətdiyi qazın pulunu artıqlaması ilə ödəyir, şirkətlər üçdə birini

Vətəndaşların mavi qazdan istifadə haqqını ödəmələri sahəsində problem yoxdur. Bakı şəhərində mavi qaz istehlak edən əhalinin 80 faizindən artığı ödənişləri vaxtlı-vaxtında aparır. "Bizim Yol”-un əldə etdiyi 2013-cü il üzrə Bakı şəhəri və Abşeronda qaz itkisinin səviyyəsini əks etdirən məlumatlara əsasən demək olar ki, Bakı şəhərinin ayrı-ayrı rayonlarında yığım 100 faizdən yuxarıdır. Bunun əksinə, qeyri-əhali qrupundan yığım olduqca aşağıdır. 

Misal üçün, Nəsimi rayonunda Qaz İstismarı Sahəsi üzrə qazın qəbulu 21.8 mln. kub/metr təşkil edib. Itki 5,7 mln. və ya 26,2% olub. Satılan qaz 16,1 mln. kub/metr, o cümlədən qeyri-əhali qrupuna satılan qaz 7.8 mln. kub/metr, əhali qrupuna satılan qaz isə 8,2 mln. kub/metrdir. Qeyri-əhali qrupundan yığım 32.2%, əhali qrupundan yığım isə 103% təşkil edib. Ya da Səbail rayonunda əhalidən yığım 96%, qeyri-əhalidən 28.55% olub. Binəqədi rayonunda 107% əhali qrupu, 31.1% qeyri-əhali qrupundan yığım təşkil edib. Yasamal rayonunda da onun kimi, əhalidən yığım 99%, qeyri-əhalidən 29,4% olub. 

Azərbaycanda qaz itkisi MDB ölkələrindəkindən 6 dəfə çoxdur 

Daha bir problem kimi çoxlu sayda qeydiyyatsız qaz xəttinin mövcudluğu göstərilir. İddialar var ki, qaz bəzi istehlakçılara, şirkətlərə qeyri-rəsmi satılır ki, onların pulu büdcəyə getmir və qeydiyyatı aparılmadığı üçün də həmin qaz itki sayılır. İtkilər qaz sisteminin rentabelliyini aşağı salır, sonda zərərə çıxırlar. Ekspertlərə görə, qaz itkisini aşağı salmaqla qazın əhaliyə satış qiymətini də əhəmiyyətli dərəcədə endirmək olar. İqtisadçı Vüqar Bayramov da deyib ki, qaz sektorunda əsas problem itkilərlə bağlıdır. Bakı şəhərində "Azəriqaz”ın dövlət neft şirkətindən təhvil aldığı qazın 65 faizi itir. Ölkə üzrə bu rəqəm təxminən 55 faiz təşkil edir. Alınan hər 1000 kub/metr qazın 650 kub/metri Bakı şəhərində "qeybə çəkilir”. Yalnız 350 kub/metr istehlakçılara çatdırılır. Ölkə üzrə bu itki hər 1000 kub/metr üçün 550 kub/metrdir. Rusiyada mavi qaz itkisi 9 faiz, Qazaxıstanda 11 faizdir. MDB ölkələrində bu rəqəm təxminən 8 faiz ətrafındadır. 

Qaz itkisi ilə bağlı MDB-də orta rəqəmi Azərbaycanla müqayisə etdikdə bizdə itki 6 dəfə çoxdur. O baxımdan islahatlar itkinin aradan qaldırılmasına yönəldilməlidir. Amma ekspertlərə görə, "Azəriqaz”-ın indiyədək həyata keçirdiyi tədbirlər istehlakçılardan yığımın artırılmasına hesablanıb. Smart-kart tipli sayğacların tətbiqi bu sahədəki problemləri həll etmir.

 Mavi qaz itkisində əsas problemin infrastrukturun köhnə olmasından qaynaqlandığı deyilir. İnfrastruktur köhnə olduğundan mavi qazın heç də hamısını istehlakçılara çatdırmaq mümkün olmur. Amma göründüyü kimi, islahatlar və təmir və yenidənquraşdırma bir neçə ildir başlanmasına baxmayaraq itkilər ilbəil çoxalır.

Bizdə mavi qaz əhaliyə 124, Rusiyada 80 dollara satılır

MDB ölkələri ilə müqayisədə Azərbaycanda mavi qazın qiyməti də kifayət qədər yüksəkdir. Əhali istehlakçı qrupuna qazın 1000 kub/metri 124 dollara satılır. Amma Pusiyada qazın 1000 kub/metri cəmi 80 dollardır. Qazaxıstanda bu, 70 dollardan da aşağıdır. Ekspert araşdırmasına görə, Azərbaycan MDB-də ən yüksək qiymət tətbiq edən ölkədir. Baxmayaraq ki, Azərbaycanın özü qaz hasil və ixrac edir. Eyni zamanda Azərbaycanın ixrac etdiyi mavi qazın orta qiyməti 49 dollardır. "Azəriqaz”, eləcə də Dövlət Neft Şirkəti vətəndaşlara mavi qazı 2,5 dəfə baha qiymətə satırlar. Xarici ölkələrə satılan qazın qiyməti daxili bazarda satılan mavi qazın qiyməti ilə müqayisədə ucuzdur. Məsələn, Türkiyəyə mavi qazın hər 1000 kub/metri 120 dollara satılırsa daxili bazarda qiymət 124 dollardır. Müqayisələr əhaliyə satılan mavi qazın qiymətinin yüksək olduğunu göstərir. 

İtkiləri xalqın hesabına ört-basdır etmək

Ekspertlər "Azəriqaz”ın mavi qaz itkisini əhalinin ödənişləri hesabına ört-basdır etməyə çalışdığını deyirlər. Qazın qiymətinin yüksək olması da onu deməyə əsas verir ki, itkilərdə dəyən ziyan əhalinin vəsaitləri hesabına kompensasiya edilir. Dünyanın heç bir ölkəsində istehlakçılara verilməli olan mavi qazın 50 faizindən artığı itkiyə getmir. Əhalidən qənaət edilən (bəlkə də "oğurlanan” demək lazımdır-red.) qazın yenidən ARDNŞ-ə qaytarılması və oradan ixraca yönəldildiyi barədə də iddialar var. Lakin, ekspertlər bunu inandırıcı saymırlar. Qurum qazı daxili bazarda da bu şərtlərlə "sata” bilər.

Bizimyol.info



Xəbərin oxunma sayı : 2854




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap