![]() |
|














“Hamısı generalların, polkovniklərin pullarıdır...” - Şabalıd davası
Tarix 16.10.25, 15:24 |
|

Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, kapitan Ayaz Bayramovun general Raul Zeynalov da daxil olmaqla 9 nəfərin 3 milyon manata yaxın pulunu ələ keçirmə ittihamı ilə həbs edilməsi barədə məlumat vermişdik.
“Qafqazinfo” bu dəfə cinayət işinin təfərrüatını əldə edib. Kapitanın müttəhim, generalın zərərçəkmiş kimi tanındığı işi Bakı Hərbi Məhkəməsinin hakimi Zaur Hacıyev araşdırır.
Dava şabalıd davası imiş
Məhkəmədə məlum olub ki, təqsirləndirilən kapitanla generalı bağlayan şabalıd alveridir. Belə ki, Ayaz əsasən R.Zeynalovun pulu ilə Qəbələ, Balakən və Zaqataladan Bakıya şabalıd gətirib. Şəhərə TIR-larla çatdırılan şabalıd daha çox “Meyvəli” Ticarət Mərkəzindəki mağazalara paylanılıb. Təxminən 2 ilə yaxın generalla kapitan bu alverdən yaxşı qazanc əldə ediblər. Zərərçəkmişlərin dilindən desək, ölkədə şabalıd monopoliyası qurublar. Amma zabitlərin birgə alveri sonda iflasa uğrayıb.
Malların batmasına görə təqsirləndirilən şəxslə Raul Zeynalov arasında münasibətlər pozulub. Sonuncu şabalıd gətirməsi üçün verdiyi 1 milyon manatı Ayazdan geri ala bilmədiyini iddia edərək prokurorluğa şikayət edib.

Generaldan əlavə, polkovnik-leytenant da alverə pul yatırıbmış
Cinayət işində adı keçən ikinci zərərçəkmiş isə Raul Zeynalov və Ayaz Bayramovla eyni nazirlikdə şöbə müdiri işləyən polkovnik-leytenant Yasin Muradovdur. İstintaq müəyyən edib ki, Ayaz general Zeynalovdan əlavə, Yasin Muradovla da iş görüb. Muradov da şabalıd alverindən qazanc əldə etməsi üçün Ayaza 200 min manatdan artıq pul verib. Yekunda pulu batmaqla yanaşı o, nazirlikdəki vəzifəsini də itirib.
Bu da son deyil. Eyni nazirlikdə baş leytenant rütbəsi ilə işləmiş Toğrul Kazımzadə də şabalıd alverinə qoşulub aldananlardandır. O da məsələlərin üstü açılandan sonra işdən çıxarılıb.

Kazımzadənin sözlərinə görə, Ayazın birdən-birə varlanması onun diqqətini çəkib. Üstəlik, generalla işləməsi onun inamını daha da artırıb: “Kazarmada yaşayan adam idi. Birdən-birə maşın, ev aldı. Hamı bildi ki, Raul Zeynalovla işləyir. Sonra elə oldu ki, mənə də işləmək təklif etdi. Dedi ki, nə qədər pul qoysan, şabalıdın satışından olacaq gəlirin 10 faizi sənindir. Birinci dəfə 77 min manat vermişdim. Hər dəfə pulu götürməyə bahalı maşınlarla gəlirdi. Amma bilirdim ki, o maşınlar Raul Zeynalovundur. Sonra qəfil yoxa çıxdı. Zəng edib dedi ki, guya güclü yağış yağıb, mal batıb. Ümumilikdə ona 125 min yox, 145 min manat vermişəm. Həmin puldan da cəmi 60 min qaytarıb, hazırda 84 min borcludur”.
Şüşə qəfəs arxasında əyləşən Ayaz isə Toğrulun yalan danışdığını, onu Raul Zeynalovun öyrətdiyini deyib: “Bu adam heç bilmir nə qədər pul verib. Gah deyir 125, gah deyir 145 min… Raul Zeynalovun ssenarisi ilə danışır. Yaxşı, Toğrulu aldadırdımsa, 77 min manatını qaytarandan sonra niyə 145 min də verdi? Raul mənə demişdi ki, sənin bütün ailəni tutduracağam. Bunlar mənim üstümdən oyun oynayırlar. Birlikdə xeyli qazanmışıq, amma iş tərs gətirib axırda batdıq. Belə çıxır ki, bunlar pulu faiz kimi verirlərmiş. Toğruldan da nə almışamsa, hamısını qaytarmışam”.
İş üzrə digər zərərçəkmiş isə Cəmilə Seyidovadır. Seyidova deyir ki, Ayazı uşaqlıqdan tanıyıb, ikisi də Qəbələdə böyüyüblər. Ayazın müxtəlif vaxtlarda ondan borca pul alıb, sonradan artıqlaması ilə qaytardığını deyir. Şabalıd alverinə başlayandan sonra isə məbləğ böyüyüb, sonuncu dəfə ondan 120 min manat pul götürüb: “Heç vaxt Ayaza bu qədər pul verməzdim. Özünü varlı kimi göstərməsi məni aldatdı. “Range Rover”, “Lexus” kimi maşınlar sürürdü. Bir dəfə maşını açdı, içində külli miqdarda pul var idi. Dedi ki, bəs sən 150 min manat ver, nə qazansam, yarısı sənindir. Birinci dəfə 30 min verdim, 1 həftə ərzində artıq 3 min qaytardı.
Özünü ölkədə şabalıd monopoliyasına baxan adam kimi təqdim edirdi. Çoxlu pullar göstərib, “görürsən yerlin nə oyun çıxarır, hamısı generalların, polkovniklərin pullarıdır. Yaxında milyonçu olacağam”, - deyirdi.
Bundan sonra güvənim artdı. Oğlumun da maşınını satıb, 120 min manat da verdim. Haradasa ondan bu günə qədər 40 min qaytarıb. Sonradan öyrəndim ki, bunun hamıya borcu olub”.

Təqsirləndirilən şəxs isə xanımın dedikləri ilə qətiyyən razılaşmayıb. Onunla heç vaxt şabalıd alveri etmədiyini, pulları faizə götürdüyünü deyib: “Bu bütün pulları mənə faizə verib. Həmişə də aldığım pulu faizi ilə qaytarmışam. İndi də o birilər kimi Raul Zeynalovun ssenarisi ilə danışır. Cəmiləyə heç bir borcum yoxdur”.
Cəmilə həmyerlisi ilə mübahisə edə-edə zaldan çıxıb.
Proses gələn həftə qaldığı yerdən davam edəcək.
Qeyd edək ki, 39 yaşında general-mayor rütbəsinə layiq görülən Raul Zeynalov FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini işləyib. O, hazırda heç bir dövlət qurumunda çalışmır, biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.
Xəbərin oxunma sayı : 208
Hadisə
Xəbərlər
-
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
-
“Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı“ - Prezident
-
Əsədin əmisi oğlu həbs edildi - Suriyada siyasi silkələnmə dərinləşir
-
Zəfər Günü hərbi parad olacaq - Hazırlıq məşqləri keçirilir
-
“Hamısı generalların, polkovniklərin pullarıdır...” - Şabalıd davası
-
Azərbaycanda körpə uşaqlar niyə ölür? - Komitə səbəblərini açıqlayıb
-
Sevdiyi qızdan rədd cavabı aldı, üç nəfəri döydü - Saatlıda dava
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Narkotik satan şəxs 47 kq marixuana ilə saxlanılıb - VİDEO
-
Aksiz və əlavə dəyər vergisi siyasətində DƏYİŞİKLİK
-
“Ukrayna hücumlara hazırlaşa bilər“ - Tramp
-
Prezident onların etimadnamələrini qəbul etdi - FOTOLAR
-
“Avropa beş il ərzində müharibəyə hazır olmalıdır” - Əsas prioritetlər açıqlandı
-
Saxta klinika “Nova Med“ fəaliyyətini davam etdirir - Xəstələr risk altında (VİDEO)
-
Yeni səfir Prezidentin qəbulunda - FOTOLAR
-
ADY-dən işə gecikənlərə həll yolu - Arayış verəcəklər
-
Prezident İlham Əliyev Anaklaudia Rossbaxı qəbul etdi - FOTOLAR
-
Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu Şirkətlər Qrupu tərəfindən necə məhv edilir? - VİDEO
-
Azərbaycan xam nefti ən baha və ən ucuz hansı ölkələrə satıb? - Tam siyahı
-
Kürdəmirdə dabaq xəstəliyi bazarda qıtlıq yaratdı: “10-15 gündür süd, qatıq gəlmir“
-
“Britaniya və Ukrayna kəşfiyyatları “Türk axını”na təxribat hazırlayır“ - Bortnikov
-
Müxtəlif vədlərlə 141 min manatını aldılar... - VİDEO
-
Tramp ABŞ kəşfiyyatına Maduronu devirməyə icazə verib - “The New York Times“
-
Qazinin torpaq sahəsində yol salıblar: “Aldatdılar ki, sənə başqa yer veriləcək“
-
Elm və Təhsil Nazirliyi ağac peleti alacaq - 4 milyon manata
-
Tikinti şirkəti sakinlərin istifadə etdiyi səkini bərbad vəziyyətə saldı - VİDEO
-
Yasamalda silahlı insident - 2 nəfər yaralandı
-
Azərbaycanda pensiya islahatları olacaq - Nələr dəyişəcək?
-
Bakının bu ərazisində yağış barmaqlıqlar yoxdur - Sürücülərə təhlükədə
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
“Neftçi“ Abubakarı heyətinə qatacaqmı? - SON DURUM
-
Azərbaycanda alternativ məhkəmə-tibbi ekspertizalar niyə yaradılmır? - VİDEO
-
Biləcəri sakinlərinin gecəsini kabusa çevirən “reabilitasiya mərkəzi” - VİDEO
-
“Akkuyu“ AES-də tezliklə elektrik enerjisi istehsalına başlanacaq - Ərdoğan
-
General Hüseynov vəzifəsindən azad olundu - Səbəbini AÇIQLADI
-
19 yaşlı gənci parka çağıraraq bıçaqladılar - DETALLAR
-
Naxçıvana birbaşa yol bu ərazilərdən də keçəcək - VİDEO
-
İsa Qəmbərdən Ramiz Mehdiyevlə bağlı - Açıqlama
-
Anar Tağıyevin sevimli şirkəti: İcra başçısı hər il “Təmir-İnşaat“a yol təmir etdirir
-
Hikmət Hacıyev Berlində - Kanslerin müşaviri və Dövlət katibi ilə görüşdü
-
“Rusiya müharibəni dayandırmasa, böyük problemlərlə üzləşəcək“ - Piter Heqset
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Mehdiyevin qızı atası haqda suala sualla cavab verdi: “Bir kəlmə də deməyəcəyəm”
-
“NATO və Aİ-nin gücündən bərabər istifadə etməyə çalışırıq“ - Mark Rütte
-
“Qrant qazanan özəl bağçaların aylığı 500 manatdan çox olmamalıdır“ - Nazirlik
-
İran gəmiləri Azərbaycana gəldi - FOOTLAR
-
Mehdiyevlərin ailə bankı da batır - Zərərin həcmi açıqlandı
-
Pakistanla Əfqanıstan 48 saatlıq atəşkəs elan etdi - “Reuters“
-
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
TRİPP layihəsi bütün bölgə üçün faydalı olacaq - İlham Əliyev
-
MSK toplandı:Depuatın mandatına xitam verildi
-
DTX və DSX-dən birgə əməliyyat - Külli miqdarda narkotik ələ keçirilib
-
Azərbaycan bu il 23 ölkədən 6,4 milyardlıq qızıl alıb - Tam siyahı
-
Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü - FOTO
-
Madaqaskarda hərbi çevriliş baş verib - Prezident ölkədən qaçıb
-
Azərbaycanlı “qanuni oğru“ həbs olundu - Rusiyada
-
“Ramiz Mehdiyevin mənə nə aidiyyəti var?“ - Əli Həsənov
-
Prezident ATƏT sədrini qəbul etdi - FOTOLAR
-
Həmkarlar İttifaqında yeni rəhbərlik - "köhnə hamam, köhnə tas..."
-
Əhməd əl-Şaraa Rusiyada - Bəşər Əsədin ekstradisiyasını istəyəcək
-
“Faktları tapıblar, sübutlar var...“ - YAP-dan Ramiz Mehdiyevin həbsinə reaksiya
-
Dövlət agentliyində işçilərin say həddi artırıldı - FƏRMAN
-
ABŞ Venesuela sahillərində gəmiyə zərbə endirdi - 6 nəfər öldü
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Prezidentdən NUFA3 iştirakçılarına - Müraciət
-
Zəngəzur dəhlizi belə olacaq - XƏRİTƏ
-
25 yaşlı müəllimə qaçırıldı, məcburi videoya çəkildi - TƏFƏRRÜAT
-
Azərbaycanda hansı sahələrdə nə qədər əməkhaqqı verilir? - Siyahı
-
Ramiz Mehdiyevin topdağıtmaz sərvətinin bir qismi... - SİYAHI
-
Gəncədə 33 yaşlı kişi 11 yaşlı xalası qızına təcavüz edib - TƏFƏRRÜAT
-
“Sədərək”dəki sahibkarlar nədən narazıdır? - VİDEO
-
“Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə təklifimiz qüvvədədir“ - Kreml
-
Baş direktor vəzifəsindən azad edildi - “Azneft”də struktur dəyişikliyi
-
Mehdiyev işində Elton Məmmədovun adı halanır - Dövlət vəsaitlərini birgə mənimsədikləri iddia olunur
-
Kommunal xərcin 20 faizi geri qaytarılacaq - Deputat dəyişiklikləri açıqladı
-
Bu il nə qədər avtomobil utilizasiyaya verilib? - VİDEO
-
Azərbaycan nefti 64 dollara düşdü - Daha iki dollar ucuzlaşıb
-
Xırdalanda qətl hadisəsi - 19 yaşlı oğlan öldürüldü
-
Metroda növbəti problem - Qatar tuneldə qaldı
-
Faizsiz kreditlər daha çox kimlərə şamil olunacaq? - VİDEO
-
“Putin Ukrayna müharibəsini bitirmək istəmir“ - Tramp
-
Qiymət artımından sonra saxta qızıllar bazara yol açıb - VİDEO
-
Ramanada kanal həddindən artıq çirklənib - ŞİKAYƏT /VİDEO
-
Paytaxtın hərəkətin ən çox intensiv olduğu mərkəzi küçəsi təktərəfli olur - VİDEO
-
DÇ-2026 seçmə mərhələsi: Türkiyə və İngiltərə darmadağın, Portuqaliya bir xalla kifayətləndi
-
“Beauty Time“da qadın yanıq xəsarətləri aldı - Məşhur salonlar şəbəkəsindən ŞİKAYƏT
-
“Yaxın Şərqdən sonra digər regionlarda sülhə maraq itirilməməlidir“ - Zelenski
-
Sahibsiz heyvanları toplayaraq müalicə etdirdi, klinikaya 40 min manat borcu yarandı - VİDEO
-
Ramiz Mehdiyev həbs olundu! - Dövlətə xəyanətdə ittiham olunur! (ŞOK)
-
“Qəzzada sülh planının ikinci mərhələsinin başlayır“ - Tramp
-
Vardanyanın məhkəməsində ifadələr dinlənildi - FOTOLAR
-
Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO
-
Bakı metrosunda izdiham - Saatlardır kart işləmir + FOTO
-
Zelenski Odessa merini vətəndaşlıqdan məhrum etdi - Truxanov kimdir və nə baş verir?
-
“Tarqovı”da qanunsuz fotoqraflıq edən gənc - 4 sutkalıq həbs olundu
-
Qəzzanın yenidən qurulması 70 milyard dollara başa gələcək - BMT
-
Prezidentin tarixi Misir səfərindən görüntülər - VİDEO
-
Azərbaycanlı tələbə NASA-nın saytında təhlükəsizlik boşluğu tapdı - VİDEO
-
“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil“ - AKP sözçüsü
-
“Rabitəbank”ın maliyyə vəziyyəti ürəkaçan deyil - Hesabat
-
AAAF Park-da oğurluq: Mənzildən soyuducu və paltaryuyan, anbardan bilyard oğurlandı
-
Prezident bu səlahiyyəti nazirlikdən aldı, Agentliyə verdi - Sərəncam
-
Azərbaycanda işsiz qadınların sayı artdı - Statistika
-
Sabiq icra başçısının həbs müddəti uzadılıb - Məhkəmə qərar verdi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İranlı milyonçu qadın Bakıda aldadılıb - “3 milyonumu mənimsəyiblər“
-
“Şimali Koreya Rusiyanın texnoloji dəstəyi ilə yeni qitələrarası raket hazırlayıb“ - Xarici KİV
-
Zakir Qaralov “Akkordu“ dirçəldir? - 15 milyonluq borc sıfırlandı
-
Bu avtomobillər kəskin ucuzlaşacaq - Yeni qərar
-
40 min ölüm, 64 min doğum, 2152 əkiz, 78 üçəm... - Bu ilin statistikası
-
ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı - Səbəb açıqlandı
-
MSK sabah toplanır: bu deputatın mandatına xitam veriləcək
-
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Mərkəzi Bank Adil Əliyevi cərimə etdi - Federasiyasına görə...
-
Bakıda taksilərin sayına limit qoyuldu - Dəyişiklik
-
“Tomaqawk”lar Ukraynada vəziyyəti nüvə müharibəsi həddinə çatdıracaq - Lukaşenko
-
Şuşakənd və Təzəbinəyə növbəti köç yola düşdü - FOTOLAR
-
Bakıda şirkətdən 7 min manatlıq oğurluq - 2 mühafizəçi saxlanıldı
TOP 10
ARXİV