Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEO

Tarix 12.10.25, 22:12

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında ağacı hasara alaraq anbar tikiblər.

Əvvəlcə ağacın ətrafını armaturla toxuyub, sonra daşla hörüblər.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Biz də bu fotonun ardınca yollandıq həmin ünvana.

Ünvanda olduğumuz vaxtda söküntü işlərinə başlanıldı. Ərazidə çalışan fəhlələr ağacın illər öncə hasarlanıdığını iddia etdilər.

Sakinlərin yaşıllıqların hasara alındığı bu cür halları arzuolunmaz hadisə kimi qiymələndirdilər.

Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən "Xəzər Xəbər"ə bildirildi ki, sosial şəbəkədə yayılan fotodakı ərazi 34 saylı Mənzil İstismar Sahəsinin anbarıdır. Tikinti 30 il əvvəl inşa olunub və ağac da həmin vaxtdan bu ərazidədir. Mənzil İstismar Sahəsinin əməkdaşları ünvanın təmizlənməsi üçün istifadə etdikləri avadınlıqları illərdir sözügedən tikilidə saxlayırlar. Hazırda ərazidə tikinti aparılmır, anbarın ərazisi abadlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında İctimai Şuranın üzvü Rövşən Abbasov isə bildirdi ki, bu kimi hallar bəzən ağac kəsinitisinin qarşısını almaq üçün baş verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyidən də "Xəzər Xəbər"ə bildirildi ki, əraziyə baxış keçiriləcək və ictimaiyyətə əlavə məlumat veriləcək.





Xəbərin oxunma sayı : 340




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap