Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Hazırda ölkəyə dərman idxalı bir neçə şirkətin oliqopoliyasındadır” – Qubad İbadoğlu

Tarix 25.08.20, 12:13

Font ölçüsü : - / +
bitmap-img6


ADR sədri: “Məhz onların bazarda sövdələşmələrinə görə, dərmanların keyfiyyətində də ciddi problemlər müşahidə olunur”.

“Zavallı Azərbaycan xalqı bərbad səhiyyəyə görə dünyanın ən çox dərman yeyənləri siyahısındadır. Belə ki, Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına görə, bu ilin ilk 7 ayında ölkəyə 214 milyon 067 min dollar məbləğində əczaçılıq məhsulları idxal olunub”. 

AzFakt.com xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

İqtisadçının sözlərinə görə, bu məbləğ ölkəyə gətirilən dərmanların idxalda qeydiyyata düşən gömrük dəyərini ifadə edir:

“Heç şübhəsiz ki, həmin dərmanların çoxu xəstələrə ikiqat bahasına satılıb. Kosmik dövlətə çevrilən Azərbaycanda təəssüf ki, ən sadə dərman preparatları belə, istehsal olunmur.

Dövlət Statistika Komitəsi də məlumat verir ki, 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 2020-ci ilin yanvar-iyun aylarında ölkədə dərman vasitələrinin satışı 1,9 dəfə artıb. İyul ayında Azərbaycana dərman idxalı orta aylıq göstəricidən 2 dəfəyədək çox, yəni 55 milyon dollar olub. Hazırda ölkəyə dərman idxalı bir neçə şirkətin oliqopoliyasındadır”.

İqtisadçı alim qeyd edib ki, məhz onların bazarda sövdələşmələrinə görə, dərmanların keyfiyyətində də ciddi problemlər müşahidə olunur:

“Qiymətlərə gəlincə, onu Tarif Şurası müəyyənləşdirsə də Azərbaycanda dərmanların qiyməti Türkiyə, Rusiya və İranla müqayisədə yüksəkdir. Bu isə o deməkdir ki, xüsusilə də pandemiya dövründə ailə büdcəsində əsas xərclərdən biri də dərmanların alışıdır”.



Xəbərin oxunma sayı : 7906




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap