Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Əhmədzadənin müavini dövlətin pulları ilə oğluna Londonda 1 milyon manata daha bir mənzil aldı - SƏNƏD

Tarix 19.01.21, 10:52

Font ölçüsü : - / +
bitmap-img6


Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanovun oğlunun Londondakı kolleksiyasına aid ASL(*)NOV seriyalı bahalı avtomobilləri ictimaiyyətə yaxşı məlumdur. Rafiq Aslanov Londonda yaşayan oğlu Afiq Aslanov üçün manat ekvivalenti ilə təxminən 1 milyona ikinci mənzil (mülkiyyət nömrəsi SY793665) alıb.

AzFakt.com-un xəbərinə görə, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə yazıb.

C.Həsənli xatırladır ki, Rafiq Aslanov ölkənin hazırda mövcud olan 3 dövlət su şirkətinin əsasında yeni yaradılacaq vahid su təsərrüfatı sisteminə rəhbərlik etməyə əsas iddialı şəxsdir:

""Su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək".

Bunu bu gün dövlət başçısı Sumqayıtda çıxışında deyib.

Ölkənin su təsərrüfatının bərbad günə qoyulmasının əsas səbəblərindən biri kimi bu sahəyə ayrılan vəsaitlərin ASC rəhbərliyi tərəfindən korrupsiya yolu ilə mənimsənilməsini isbat edən onlarla sənəd yayımlamşıq. İstər Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin oğlu və qızının xarici ölkələrdəki bahalı mülkləri və otelləri, onun müavini Rafiq Aslanovun oğlunun Londondakı kolleksiyasına aid ASL(*)NOV seriyalı bahalı avtomobilləri ictimaiyyətə yaxşı məlumdur.

Aşağıda Qarabağda qanlı müharibənin 16-cı günündə Rafiq Aslanovun Londonda yaşayan oğlu Afiq Aslanov üçün manat ekvivalenti ilə təxminən 1 milyona aldığı ikinci mənzilin (mülkiyyət nömrəsi SY793665) sənədlərini də təqdim edirəm. Sənələrdəki tarixə diqqət edin. Məhz müharibənin 16-cı günü onun doğulduğu Füzuli şəhəri uğrunda döyüşlər gedirdi.

Rafiq Aslanov ölkənin hazırda mövcud olan 3 dövlət su şirkətinin əsasında yeni yaradılacaq vahid su təsərrüfatı sisteminə rəhbərlik etməyə əsas iddialı şəxsdir. Yəqin bugünkü çıxışdan sonra cənab Aslanov qüsl edib təmizlənəcək".

Sənədləri təqdim edirik:















Xəbərin oxunma sayı : 1459




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap