“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Şimali Koreya ABŞ ilə danışıqlara lüzum görmür - Açıqlama

Tarix 04.07.20, 16:23

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda Pxenyanla Vaşinqton arasında danışıqlar prosesini bərpa etməyə ehtiyac yoxdur. Çünki ABŞ bundan yalnız “siyasi alət” kimi istifadə edir.

Azərtac Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadla xəbər verir ki, bu fikri KXDR Xarici İşlər nazirinin müavini Tsoy Son Xi səsləndirib. “Biz ABŞ ilə üz-üzə oturub danışıqlar aparmağa heç bir lüzum görmürük. Çünki onlar ölkələrimiz arasında dialoqa yalnız daxili siyasi böhranı aradan qaldırmaq aləti kimi baxırlar”, – deyə diplomat bildirib.

Bu bəyanat ABŞ dövlət katibinin müavini Stiven Biqanın gələn həftə Cənubi Koreyaya nəzərdə tutulan səfəri ərəfəsində verilib. O, Seulda Şimali Koreya ilə dayandırılmış danışıqlar məsələsini müzakirə etmək niyyətindədir.

Son aylar KXDR-in Koreya Respublikası və ABŞ ilə münasibətləri pisləşib. İyun ayında rəsmi Pxenyan Seulla bütün mövcud rabitə kanalları üzrə təmasları dayandırdığını elan edib və koreyalararası əlaqələr ofisini partladaraq dağıdıb.




Xəbərin oxunma sayı : 2554




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap