Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Şimali Koreya meydan oxudu:“Nüvə-raket sınaqları ilə bağlı moratoriuma əməl etməyəcəyik“

Tarix 22.01.20, 10:41

Font ölçüsü : - / +
bitmap-img6


Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə-raket sınaqları ilə bağlı özünün müəyyən etdiyi moratoriuma bundan sonra əməl etməyəcəyini açıqlayıb.

KXDR buna səbəb kimi ABŞ-ın tətbiq etdiyi “qəddar və qeyri-insani” sanksiyaların davam etməsini göstərib. “Biz artıq digər tərəfin yerinə yetirmədiyi öhdəliklərə birtərəfli qaydada bağlı qalmağın mənasını görmürük”, – deyə Şimali Koreyanın BMT-nin Cenevrə bölməsindəki nümayəndəliyinin müşaviri Cu Yonq-çol qurumun himayəsi ilə keçirilən tərksilah konfransında bildirib.

Vaşinqtonu Pxenyana qarşı “ən kobud və qeyri-insani” sanksiyalar tətbiq etməkdə ittiham edən KXDR diplomatı, ABŞ tərəfdən bu cür siyasətin davam etdiriləcəyi halda Koreyanın nüvə silahsızlaşdırılmasının baş tutmayacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, KXDR tərəfi nüvə danışıqlarının bərpasından ötrü yeni təkliflər irəli sürmək üçün ABŞ-a 2019-cu ilin sonunadək vaxt vermişdi.



Xəbərin oxunma sayı : 607




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap