Müğənni Afaq kamera önündə soyundu… – FOTO Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına
Axtar
 
  • / Maqazin / — 22 Sentyabr 2020

    Müğənni Afaq kamera önündə soyundu… – FOTO

  • / Maqazin / — 21 Sentyabr 2020

    Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO

  • / Maqazin / — 05 Sentyabr 2020

    Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video

  • / Maqazin / — 02 Sentyabr 2020

    Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına

  • / Maqazin / — 24 Avqust 2020

    Nəsrin Cavadzadə qırmızı əlbisədə... - VİDEO

  • / Maqazin / — 18 Avqust 2020

    Pərvin Abıyevanın istirahət paylaşımı olay oldu - FOTO

Şimali Koreyada növbəti dəhşət - Məmuru güllələyib sonra yandırıblar

Tarix 24.09.20, 13:34

Font ölçüsü : - / +
bitmap-img6


Şimali Koreya hərbçiləri bu həftənin əvvəlində itkin düşmüş Cənubi Koreya balıqçılıq rəsmisini güllələyib, daha sonra cəsədini neftə salıb yandırıblar. Açıqlamanı yayan Cənubi Koreya ordusu bu addımı koronavirus pandemiyasını önləmək cəhdi iləəlaqələndirir.

Ordunun məlumatında deyilir ki, həmin şəxsin Şimala keçmək istədiyi güman olunur. O, bazar ertəsi iki Koreyanın dəniz sərhədində balıqçı gəmisində yoxa çıxıb. 47 yaşlı rəsminin niyə güllələndiyi bəlli deyil, amma ordu bunun koronavirusla mübarizə tədbiri çərçivəsində edildiyini güman edir.

Ordu kəşfiyyat mənbələrinə istinadla bildirir ki, həmin şəxs edam olunmamışdan öncə dənizdə dindirilib. Daha sonra əleyhqaz taxmış hərbçilər onun cəsədini neftə salaraq yandırıblar.

Ordu çərşənbə günü quru sərhədindən Şimala mesaj göndərdiyini, izahat tələb etdiyini, ancaq hələ cavab almadığını qeyd edir.

“Ordumuz bu vəhşiliyi qətiyyətlə pisləyir, Şimali Koreyadan izahat, məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edir”, – Baş qərargah rəisinin vəzifəsini icra edən General Ahn Yanqho deyib.

ABŞ ordusunun Cənubi Koreyadakı komandiri bu ay deyirdi ki, ölkəyə koronavirusun daxil olmasını önləmək üçün Şimali Koreya əsgərlərinə "güllələyib öldürmək əmri” verilib.

Oktyabrın 10-da ölkədəböyük hərbi parad keçiriləcək, hakim Koreya İşçi Partiyasının qurulması anılacaq, bu əmr də həmin tədbirlərlə bağlı ola bilər. Bunu isə Şimali Koreya üzrə monitorinq aparan Koreya Risk Qrupunun rəhbəri Çad Karol deyib. O, "Twitter"-də bu paradın böyük potensial virus riski daşıdığını qeyd edib.

İyulda üç il qabaq Cənubi Koreyaya qaçmış şəxs yenidən Şimali Koreyaya keçəndə koronavirusla bağlı böyük təlaş yaratmışdı. Axı, Pxenyan ölkədə bu xəstəliyin yayılmadığını bildirir. O zaman Şimali Koreya rəsmiləri sərhəd şəhərini qapatmış, minlərlə vətəndaşı karantinə almışdı. Dünya Səhiyyə Təşkilatı sonradan onun testlərinin müsbət çıxmadığını bildirdi.

Ötən həftə isə Cənubi Koreya polisi bir nəfəri saxlayıb, onun sərhəd Çeorvon şəhərində hərbi təlim məkanından vaxtilə qaçdığı Şimali Koreyaya qaçmağa çalışdığı açıqlanıb.



Xəbərin oxunma sayı : 613

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda