“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Çində virusdan ölənlərin sayı artıb - Ümumdünya Səhiyyə Təşkilatı toplaşır

Tarix 22.01.20, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Çində peyda olan yeni korona virusundan ölənlərin sayı 9 nəfərə çatıb. Reuters agentliyi bundan başqa 400-dən çox adamın bu virusa yoluxduğunu xəbər verir.

Ötən ilin sonlarında Çinin Vuhan şəhərində peyda olan virus ,paytaxt Pekin, Şanxay və ölknin digər şəhərləri ilə yanaşı xarici ölkələrə-ABŞ, Avstraliya, Tayland,Cənubi Koreya,Yaponiya və Tayvana da keçib.

Çinin səhiyyə rəsmiləri bəyan edib ki, qripəbənzər bu virus insandan-insana keçə bilir və pnevmaniya xəstəliyi törədir. Ümumdünya səhiyyə təşkilatı yanvarın 22-də yaranmış vəziyyətlə pağlı təcili iclas çağırıb.


Pekin dəmiryol vağzalı, 21 yanvar, 2020

Yeni virusa görə region ölkələrinin hava limanlarında nəzarət gücləndirilib, qabaqlayıcı tədbirlər görülür. Azərbaycanın səhiyyə nazirliyi də bugünlərdə məlumat yayaraq, Çinə səfər edən azərbaycanlı turistlər və iş adamlarına ehtiyatlı olmağı tövsiyə edib.
Həmçinin Gömrük xidməti gücləndirilmiş iş rejiminə keçib. Amma Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyir ki, bu virusun Azərbaycanda yayılma riski çox aşağıdır.

O Azvision.az saytına açıqlamasında bildirib ki, yeni virus hava-damcı, qida, ərzaq məhsulları və təmasla insanlara yoluxa bilər.

Cəlal İsayev qeyd edib ki, yeni virus qidayla keçəndə bağırsaq pozuntusuna, hava və damcı ilə keçəndə isə tənəffüs yolları və ağ ciyərdə fəsadlar törədir.




Xəbərin oxunma sayı : 640




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap