Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Çinin vasitəçilik istəyi, sızan bilgilər – “Wall Street Journal”

Tarix 13.03.23, 18:01

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Ukraynada yeni işğalçı müharibəyə başladığı 2022-ci ildən bəri Ukrayna və Çin liderləri arasında ilk telefon danışığı ola bilər. 

Novator.az bildirir ki, xəbəri ABŞ-ın “Wall Street Journal” qəzeti etibarlı mənbələrə istinadla yayıb.

Çin Xalq Respublikasının sədri Si Cinpin gələn həftə Moskvaya səfər edib Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır. “Wall Street Journal” qəzetinin xəbərinə görə, Si Cinpin bu səfərdən əvvəl Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edib onunla danışmaq istəyir. Söhbətin video zəng formatında keçəcəyi gözlənir.

“Wall Street Journal” yazır ki, Si Cinpin Pekinin Ukrayna ilə Rusiya arasında əsas vasitəçi olmasına, beləliklə, beynəlxalq aləmdə özünün və ölkəsinin nüfuzunu gücləndirməyə çalışır.

Bu yaxınlarda Çin Ukrayna ilə bağlı 12 bəndlik sülh planını açıqlayıb. Planda bütün ölkələrin suverenliyinə hörmətlə yanaşılmasına dair bənd yer alsa da, bunun konkret olaraq Ukraynaya münasibətdə nə anlam daşıdığı göstərilməyib. Ukrayna prezidenti Vladimir Zelenski sülh planını müzakirə etmək üçün çinli həmkarı ilə görüşmək istədiyini bəyan edib.

Qərbdə Çinin sülh planı Rusiyanın xeyrinə təklif olunmuş bir variant kimi qəbul edirlər. Belə düşünürlər ki, Pekinin planı daha çox Ukraynanın Rusiyaya güzəştlərə getməsini nəzərdə tutur.

2022-ci ildə Rusiya Ukraynaya hücuma keçməzdən az əvvəl Moskva ilə Pekin birgə bəyanat qəbul edib. Bəyanatda Rusiya ilə Çin arasında dostluğun hüdudsuz olduğu vurğulanıb.

Çin hələ də Rusiyanın Ukraynaya təcavüzünü qınamayıb, hətta bunu heç “müdaxilə” də adlandırmayıb. Əksinə, o, müharibəyə görə Qərbi günahlandırıb və Rusiyaya qarşı tətbiq olunan sanksiyalara sərt mövqe sərgiləyib.

Bununla belə, Ukrayna müharibəsinin mənfi təsir göstərdiyi ölkələrdən biri də Çindir. Müharibə Çində xüsusilə idxal-ixrac prosesinin nizamını pozub və karbohidrogen qiymətlərinin kəskin yüksəlməsi ilə nəticələnib.

“Wall Street Journal” qəzeti Si Cinpinin Vladimir Putinlə görüşəndən sonra başqa Avropa ölkələrinə səfər edəcəyi haqda da məlumat əldə etdiyini, amma Çin liderinin səfər marşrutunu hələ dəqiqləşdirə bilmədiyini yazır.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub.

2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub və şərq bölgələrinin bir hissəsini ələ keçirib.

Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

Rusiyanın Ukraynada apardığı işğalçı müharibə dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.



Xəbərin oxunma sayı : 823




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap