“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Jurnalist binaları”nın sakinləri marşrutsuz qalıb - BNA isə “səbrli olsunlar” deyir

Tarix 29.11.19, 18:44

Font ölçüsü : - / +
bitmap-img6


Artıq 5 gündür ki, ictimai nəqliyyatdan istifadə edə bilməyən Bakının Bibiheybət qəsəbəsində yaşayan “Jurnalist binaları”nın sakinləri mətbuat vasitəsilə Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət ünvanlasalar da, problem öz həllini tapmayıb.

Məsələ ilə bağlı Modern.az-ın əməkdaşı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlayaraq, onların mövqeyini öyrənməyə çalışıb.

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bununla bağlı hazırda iş prosesi gedir:

“Nəticə əldə edən kimi ictimaiyyətə məlumat verəcəyik. Yollar bağlıdır, avtobus xətti necə bərpa oluna bilər ki? Düşünürəm bu problem tək bizim yox, ümumilikdə dövlətin problemidir. Vətəndaşlara bildirmək istəyirik ki, bir az səbrli olsunlar. İş prosesi bitən kimi avtobus xətti yenidən öz istiqaməti ilə hərəkət edəcək”.

Qeyd edək ki, noyabrın 24-ü paytaxtın Bibiheybət məscidi yaxınlığından keçən magistral yolun çökməsi nəticəsində, həmin istiqamətdə yaşayan “Jurnalist binaları” və “Kristal” binaların sakinləri marşrutsuz qalıblar.



Xəbərin oxunma sayı : 517




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap