![]() |
|














“Jurnalistikanın inkişafı ilə bağlı dövlət proqramı olmalıdır” – Əflatun Amaşov
Tarix 17.05.19, 23:56 |
|

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov ölkə mətbuatının vəziyyəti ilə bağlı geniş müsahibə verərərk, bu sahədəki əsas problemlərdən, Azərbaycan mediasının peşəkarlaşması üçün atılması vacib addımlardan danışıb, maraqlı təkliflərlə çıxış edib.
AzFakt.com Musavat.com-a istinadla həmin müsahibəni oxucularına təqdim edir:
– Əflatun bəy, rəhbərlik etdiyiniz təşkilat 3 may Ümumdünya Mətbuat Azadlığı Gününu xüsusi qeyd etdi, bununla bağlı ayrıca konfrans təşkil etdiniz. Düşünürük ki, bu günə 2019-cu ildə daha önəmli yanaşıldı. Belə demək olarmı?
– Mətbuat Şurası hər zaman 3 may Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd edib. Diqqət yetirsəniz, əvvəlki illərdə də konfranslar təşkil etmişik. Ancaq bu il bir qədər fərqli ab-hava var idi. O ab-havanı da biz yaratmadıq. Və bu ab-havanın fonunda təşkil etdiyimiz tədbir ön plana çıxdı. Fərqlilik nədədir, hesab edirəm ki, bunun üzərində dayanmağa ehtiyac var.
Bilirsiniz ki, media ümumən spesifik sahədir. Onun azadlığı məsələsi bütün cəmiyyətlər üçün prioritetdir. Azərbaycan cəmiyyətində də buna xüsusi münasibət var. Məsələ yanaşmada hansı meyllərin nəzərə çarpmasında, hansı məqamların əsas götürülməsindədir. Hesab etmirik ki, Azərbaycan mediası problemsizdir. Tədbirimizdə problem və çətinliklər çılpaqlığı ilə sadalandı. Amma biz fikirlərimizi yalnız 3 may günü, ya da media ilə bağlı hansısa əlamətdar günlərdə söyləmirik, hər zaman gündəmə gətirir və diqqətdə saxlayırıq.
Medianın elə bir problemi yoxdur ki, Mətbuat Şurası onunla əlaqədar nə isə etməsin. Mübahisələndirmək niyyətim yoxdur, əlbəttə, edə bilmədiyimiz işlər kifayət qədərdir. Ümumən mediamızın mənzərəsi aydındır. Məsələ problemlərin təqdim olunmasındadır. Problemi aradan qaldırmaqmı istəyirik, yoxsa spekulyasiya etmək? Suallar çoxdur və təəssüf ki, onların doğuran əslində yanaşma və fikir ayrılıqları deyil. Böyük ölçüdə ortada iddia var. İddia indiyədək media sahəsində görülən işlərin, guya, yarıtmaz olduğuna dair rəy yaratmağa söykənib.
İnkarçılıq heç vaxt yanaşma sayılmayıb və heç zaman tərəqqi gətirməyib. Görünən budur ki, bəzilərinin inkarçılığında ideya yoxdur. Yenə də deyirəm, problemləri biz də görürük. Nəzərə alaq ki, media cəmiyyətin güzgüsüdür. Cəmiyyət necədirsə, o da elədir. Mətbuat azadlığı deyirik, inkarçıların təqdim etdikləri model həqiqi media azadlığıdırmı? Kimdir o azadlığı təqdim edən, onun özü nə dərəcədə azaddır? O, hansı düşüncəsi ilə fərqlidir? Ümumiyyətli fərqlidirmi? Deyiləcək, söyləniləcək çox məqamlar var.
– Sizcə, Azərbaycan mediası azaddırmı?
– Düşünmürəm ki, azad deyil. Azadlıq ümumən Azərbaycan mediasının ruhundan irəli gələn xüsusiyyətdir. Bu ruh isə xalqın təfəkkürünə, geninə, kod yaddaşına söykənir. Məsələ azadlığın peşəkarlıqla nə dərəcədə adekvat olmasındadır. Əgər azadlıq ikrah doğurursa, narazılıq yaradırsa, təbii, ortaya eybəcər mənzərə çıxır. Azadlığın nümayişini cəsarət kimi dəyərləndirmək olmursa, demək ki, onun ifadə vasitəsi peşəkar deyil. Mən peşəkarlığı daha üstün tuturam. Obrazlı desəm, peşəkarlıq çaydır, onun axarı azadlıqdır. Çay istər-istəməz axarını tapacaq, qarşısını kəsmək qeyri-mümkündür. Azadlıq sərhədsiz deyil. Hesab edirəm ki, biz azad dedikdə peşəkar media üzərində dayanmalıyıq. O zaman azadlığımızın sərhədləri daha geniş olacaq. Azərbaycan mediası peşəkarlaşmalıdır. Burada məsələyə ayrı-ayrı jurnalistlərin fərdi keyfiyyəti prizmasından yox, kompleks yanaşılmalıdır. Əgər bu yanaşma olacaqsa, biz heç düşünməyəcəyik ki, mediamız azaddır, ya yox. Yəni dilemma qarşısında qalmayacağıq.
Mən bir qədər öncə bildirdim ki, media cəmiyyətin güzgüsüdür. Cəmiyyət azadlığı necə qəbul edir? Demokratik dəyişikliyin baş verdiyi deyilən Ukraynada insanlar korrupsioner olduğu iddia edilən nazirləri zibil yeşiklərinə atırdılar. Media da bunu çəkib örnək kimi göstərirdi. Bu, cəmiyyətin azadlığa münasibətinin təzahürü idi. Amma gəlin düşünək, belə azadlıq lazımdırmı? Bu cür yanaşma cəmiyyətə nə verir? Hansısa nazirin korrupsiya əməli varsa, onun cəzası məhkəmədə verilməli deyildimi? Yəni sözüm ondadır ki, azadlığın necə qəbul olunması da önəmlidir. Media peşəkardırsa, onun azadlığı mütərəqqiliyə əsaslanacaq, faydalı olacaq. Biz arzu edirik ki, mediamız peşəkar olsun. O, nə qədər çox peşəkar olsa, gerçək azadlığını tez tapacaq.
– Əflatun bəy, Mətbuat Şurası mediamızın peşəkar olması üçün hansı işləri görür? Ümumən mediada peşəkarlığı artırmaq üçün daha nələr edilməlidir?
– Mediamız qeyri-peşəkar, ümumən jurnalistikaya yad meyllərdən təmizlənməlidir. Mövcud xüsusda «reket jurnalistika»ya qarşı mübarizədən söz aça bilərik. Düşünürəm ki, Şuranın fəaliyyətinin ilk on ilində bu mübarizə daha effektiv idi. Ona görə ki, internet media indiki kimi geniş yayılmamışdı. Digər problem isə internet medianın şəbəkələşməsidir. On il əvvəl bu, yox idi. Şəbəkələşmə belədir ki, ictimai rəydə qəbul olunmayan saytların bir qrupu birləşərək eyni şəxsi hədəfə götürürlər. Həmin şəxs haqqında birdən-birə on, yaxud on beş sayt yazır. Təsəvvür edirsiniz də necə vəziyyət yaranır…
Belə hallardan narazılıqlar Mətbuat Şurasına ünvanlanır. Şura özünün məhdud təsir rıçaqları ilə bu cür yarıtmaz təmayüllərə qarşı mübarizə aparır. Peşəkarlıq yalnız hansısa jurnalistin və ya media qurumunun peşəkar olması demək deyil. Məsələ cəmiyyətin də necə qəbul etməsindədir. Cəmiyyət üzvləri görürlər ki, onlar barədə 15 sayt yalan və iftira tirajlayır. Üstəlik bunun yayılmaması müqabilində hansısa təmənna məqsədli söhbətlər olunur. Hamı da bilir ki, bu yanaşma doğru deyil. Hətta təmənnanı ödəyən də bunu yaxşı bilir. Belədə insanların media təmsilçisi kimi gördükləri qeyd etdiyimiz qeyri-peşəkar, jurnalistikaya yad şəxslərdir. Ona görə deyirəm ki, cəmiyyət bizi tam mənada peşəkar qəbul etməlidir. Bunun üçün ciddi təsir imkanlarımız olmalıdır.
Hazırda Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır. Ancaq bu, nə dərəcədə yetərlidir? Qeyri-peşəkar, həqiqi media prinsiplərinə zidd hallarla mübarizədə daha nələri etməliyik? Hesab edirəm ki, məsələyə sırf media müstəvisində baxılmasının yolu yenə də Mətbuat Şurasından keçir. O mənada ki, qurum medianın özünütənzimləmə modeli olaraq qalmalı, yalnız müəyyən səlahiyyətlər əldə etməlidir. Bütün bunlar isə Mətbuat Şurasının hüquqi statusu məsələsini aktuallaşdırmaqdadır.
İkinci məsələ sırf peşəkarlıq vərdişlərinin artırılması üçün tədbirlərin reallaşdırılmasıdır. Biz müxtəlif dövlət qurumlarının mütəxəssisləri ilə birgə konfranslar, «dəyirmi masa»lar təşkil edir, tematik mövzulara toxunuruq. Birgə yaradıcılıq müsabiqələrimiz də istər-istəməz jurnalistikanın ixtisaslaşmasına dəstəkdir. Müxtəlif səfirliklərin, fondların, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin xətti ilə xaricə jurnalist səfərləri təşkil edir, xaricdən də ölkəmizə jmedia təmsilçiləri təşrif buyurur.
Sistemli fəaliyyət üçün müəyyən planlarımız var. Əvvəllər jurnalist sənətkarlığı institutu deyilən qurum var idi. Hesab edirəm ki, təxminən o formatda iş görülməlidir. Əlbəttə, jurnalistika sahəsində təhsil verən ali məktəblərimiz mövcuddur. Ancaq nəzərə almayılıq ki, XXI əsrdə informasiya işi yalnız xəbərin çatdırılması, məlumatlandırma deyil, daha çox ideoloji təbliğatdır, ictimai rəyin yönləndirilməsidir, dövlətlərin ayaqda qalmaq təminatıdır. Biz məsələyə məhz bu aspektdən yanaşmalıyıq. Xarici dillərdə nəinki danışan, eyni zamanda belə demək mümkünsə, xaricilərin başı ilə düşünən jurnalist kadrlarımız olmalıdır. Qabaqcıl təcrübənin öyrənilməsi prosesi epizodik xarakter daşımamalıdır. İş fundamental şəkildə qurulmalıdır. Bütün bunlar isə daha sistemli yanaşma tələb edir.
Əlbəttə, Azərbaycanda media dövlət qayğısı ilə əhatə olunub. Bu qayğı dövlət siyasətinin tərkib hissəsi kimi özünü göstərməkdədir. Ancaq hesab edirəm ki, jurnalistikanın inkişafı ilə bağlı dövlət proqramı da olmalıdır. Təbii, sahəyə maliyyə vəsaiti də görüləcək işlərə adekvat surətdə, daha məqsədyönlü formada ayrılmalıdır. Ümumən görüləcək işlər çoxdur.
– Mətbuat Şurasının əleyhinə iddialar da səsləndirilir. Ola bilməzmi ki, bu iddialar qeyd etdiyiniz işlərin reallaşmaması ilə bağlıdır?
– İddialar Azərbaycanda media siyasətinin, guya, düzgün qurulmamasına söykənir. Bu xüsusda Mətbuat Şurası da tənqidə məruz qalır. Məqsədləri heç də jurnalistikanın yuxarıda qeyd etdiyim meyarlara cavab verməsini təmin etmək deyil. Özünüz də dediniz ki, iddiadır. Mən hətta deyərdim ki, kor iddiadır. Ən asanı tənqid etməkdir. Konkret iş ortaya qoymaq çətindir. «Siz gedin, biz gələk» ritorikası bolşeviksayağı yanaşmadan başqa bir şey deyil. Bu gün o tənqid edənləri, iddia səsləndirənləri çağırıb desək ki, oturaq mediamızın inkişafı naminə müzakirə aparaq, razılaşmayacaqlar. Desək ki, təkliflərinizi verin, yayınacaqlar. Dəfələrlə belə olub. Yenə də təkrarlayıram, inkarçılıq yol sayılmır.
Problemlərin mövcudluğu heç də onu həll etmək iqtidarında və istəyində olmamağımızla əlaqədar deyil. Ümumən media kimi ağır sahəni 25 il ərzində sahmana salmaq mümkünsüzdür. Elə cəmiyyətin özünü də. Biz cəmiyyət olaraq bir sıra mənfi stereotiplərdən hələ uzaq ola bilməmişik və bunun özü müəyyən mənada təbii sayılmalıdır. Əsas olan budur ki, ölkəmizdə medianın cəmiyyətdəki roluna önəm verilir. Azərbaycan Mətbuat Şurası da bu proseslərin mərkəzində dayanan və jurnalistlərin özlərinin formalaşdırdıqları təsisatdır. Buna alternativ olaraq təqdim ediləcək model yoxdur. Çünki bu modelin özü dünya təcrübəsinə əsaslanır.
– Dünya təcrübəsi demişkən, bir az öncə də söz açdınız, ümumən media ictimaiyyətində bu barədə müzakirələr aparılmaqdadır. Söhbət “Mətbuat Şurası haqqında” qanun layihəsindən gedir. Şuranın fəaliyyəti qanunla tənzimlənəcəksə, bu o demək olmayacaq ki, qurum media ilə bağlı dövlət təşkilatı kimi fəaliyyət göstərəcək?
– Məsələyə prinsipial yanaşma heç də onda deyil ki, Mətbuat Şurası dövlət qurumu olsun. Bizim hazırladığımız layihədə bu, nəzərdə tutulmur. Dövlətə nə lazımdır? Cəmiyyət konfliktlərlə, indiki halda media müstəvisindəki münaqişələrlə yüklənməsin. Əgər yüklənmə varsa, vəziyyətdən səmərəli çıxış yolu tapılsın. Əvvəldə də dedim, internet medianın sürətli inkişafı fərqli mühit doğurub. Mövcud durumda söz azadlığı prinsiplərindən sui-istifadə geniş yayılmaqdadır. Bəli, bu sui-istifadələr bir çox hallarda hüquqi məsuliyyət də yaradır. Bəzi adamlar deyirlər ki, sui-istifadə varsa və hüquqi məsuliyyət doğurursa, o zaman tədbiri də hüquq-mühafizə orqanları görsün. Amma gəlin düşünək: vaxtilə Mətbuat Şurası yox idi, məhkəmələr jurnalistlərlə bağlı işlərlə dolmuşdu. Şuranın fəaliyyəti bu neqativ tendensiyanı sıradan çıxartdı. Hazırda məhkəmələr internet media ilə bağlı məsələləri mübahisələndirməkdə çətinlik çəkirlər. Əlbəttə, bu, bir tərəfdən internet medianın hüquqi münasibətlər sistemində oturuşmaması ilə bağlıdır. Digər tərəfdən, biz yenə də hər mübahisənin, o cümlədən media ilə bağlı mübahisənin məhkəmə müstəvisinə daşınmasına razı ola bilmərik.
Yeri gəlmişkən, bir məsələni diqqətinizə çatdırım. Təxminən iki həftə əvvəl Milli Məclisin plenar iclasında «Mediasiya haqqında» qanun layihəsini müzakirə etdik. Layihə problemlərin məhkəməyəqədərki həllinə hesablanıb. Əminəm ki, qanun qəbul olunacaq və sənəddən irəli gələn vəzifələrin reallaşdırılması cəmiyyətimiz üçün faydalı nəticələr verəcəkdir.
Yəni sözüm ondadır ki, ümumən cəmiyyətin problemlərinin məhkəmələrsiz həlli praktikasına gedilir. Dünyada da belədir. Mətbuat Şurası modeli də əslində buna xidmət edir. Ancaq işin qanuni tərəfləri də olmalıdır. Görürsünüzmü, mediasiya ilə bağlı qanun qəbul edirik. Sənədə əsasən ayrıca qurum – Mediasiya Şurası formalaşdırılacaq. Qanun hüquqa uyğun fəaliyyət üçün əsasdır, təminatdır. Belə bir əsas niyə də Mətbuat Şurası ilə əlaqədar olmasın? Qanunun olması fəaliyyəti təkmilləşdirir, səmərəliliyi artırır.
Beynəlxalq təcrübəyə baxsaq, dünyanın bir çox ölkələrində mətbuat şuraları dövlət tərəfindən maliyyələşir ki, bunun da, heç şübhəsiz, hüquqa əsaslanan meyarları var. Dövlətin bu sahəyə diqqəti heç də klassik bürokratik nəzarət anlamında qəbul olunmur. Onun prosesdə cəmiyyətin mənafeyi naminə maraqlılığı önə çəkilir. Biz də eyni modelin ölkəmizdə tətbiqini istəyirik.
Daha bir vacib məqamı vurğulayım. Hər hansı prosesdə niyyət önəmlidir. Azərbaycanda heç bir halda medianın fəaliyyəti inzibatçılıqla məhdudlaşdırıla bilməz. O yol keçmişdə qalıb. Ona qayıdılması mümkün deyil. Yalnız ona görə yox ki, dünya birliyinin təsəvvüründə ölkəmizlə bağlı mənfi rəy yaranar. Həm də o səbəbdən ki, Azərbaycan insanının təfəkkürü buna yol verməz. Əgər hansısa qanun bu təfəkkürə ziddirsə, təbii işləməyəcək. Düşünürəm ki, söz azadlığı, söz demək azadlığı baxışlarda formalaşmış vərdişdir. Əsas olan bu azadlığın digər azadlıqları məhdudlaşdırmasına yol verməməkdir. Proses cəmiyyətin marağına uyğun tənzimlənməlidir.
– Azərbaycan mediasının problemləri ilə bağlı ümumiləşdirmə aparsaq, hansı konkret məqamı vurğulamaq mümkündür?
– Biz problemlərdən kifayət qədər geniş danışdıq, onların bir çoxlarını sadaladıq. Məsələyə təkrar qayıtmaq istəməzdim. Ümumiləşdirmə aparsaq, təbii ki, özünümaliyyələşdirmə səviyyəsinin zəifliyini ön plana çəkə bilərik. Mediamız ölkə iqtisadiyyatının tərkib hissəsi kimi zəif çıxış edir. İqtisadi paya sahibolma göstəriciləri xeyli aşağıdır. Əlbəttə, medianın özündən asılı səbəblər kifayət qədərdir. Ancaq vəziyyətin mediadan asılı olmayan məqamları da yetərincə çoxdur.
İqtisadi müstəqilliyin olmaması medianı istər-istəməz siyasi və qrup mənafelərinin alətinə çevirir. Bu kimi məsələlərə kompleks yanaşmaq zəruridir və yanaşılır da. Buna görə də Azərbaycanda kütləvi informasiya vasitələrinə dövlət dəstəyi var. Dövlət dəstəyi müstəqilliyin qorunması üçündür. Dövlət dəstəyi ona hesablanıb ki, media orqanları kimlərdənsə asılı hala düşməsinlər və cəmiyyətin maraqları naminə fəaliyyətə köklənsinlər. Əlbəttə, dövlət dəstəyi artırılmalıdır. Yalnız maliyyə baxımından deyil, təşkilati tərəfdən də. Bir qədər öncə informasiyanın qlobal mahiyyətindən söz açdıq. Bu mahiyyətə dəyər verilməsi dövlətin ayaqda qalma şərtidir. Jurnalistikamızın dünya jurnalistikası ilə ayaqlaşmasının zəruriliyini vurğuladıq. Təbii ki, bunun üçün daha zəruri mexanizmlərin tətbiqinə ehtiyac var. Bu yol hər bir halda gedilməlidir və gediləcək də…
Xəbərin oxunma sayı : 424
Müsahibə
Xəbərlər
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
-
Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır - VİDEO
-
Salyan rayonunda ağır qəza hadisəsi: 3 nəfər ölüb
-
İnsanlar isti hava səbəbindən çimərliklərə axın edirlər - VİDEO
-
Qardaşı oğlunu öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - Şərurda
-
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” - Putin
-
Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
-
Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı - Şantaj olunub
-
Rüşvət alanlar tutuldu: Rüşvəti verən bu iş adamları necə olacaq?
-
Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik - Ərdoğan
-
Köməksiz qalan azyaşlı xilas edildi - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını yaydı - VİDEO
-
İsmayıllıda itkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapıldı - FOTO
-
Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - “Al Arabiya”
-
“Rusiyanı şərtsiz dəstəkləməyə davam edəcəyik” - Kim Çen In
-
34 mindən çox abituriyent imtahan verdi - 5 nəfərdə mobil telefon aşkarlanıb
-
“Avropanın ölkəmizə “demokratiya dərs”i keçməsi qəbulolunmazdır“ - “Gürcü Arzusu”
-
Polis istirahət zonalarında fasiləsiz xidmət aparır - FOTOLAR
-
Bakıda 40 dərəcə isti olacaq, dağlıq ərazilərə yağış yağacaq - Sabahın havası
-
Azərbaycana gələn turistlər niyə hotellərə deyil, kənd evlərinə üz tutur? - VİDEO
-
“Yolunu azmış” oğul Kral ailəsinə qayıdır? - Londonda gizli görüş
-
Dizel və 92 oktanlı benzin bahalaşacaq? - Açıqlama
-
Bakıda yol-nəqliyyat hadisəsi oldu - Tıxac yarandı
-
Saray qəsəbəsində sexdə yanğın olub - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb - XƏBƏRDARLIQ
-
“Bir gecədə 36 Ukrayna PUA-sını məhv etmişik” - Rusiya MN
-
“Prezident olmaq çox təhlükəli işdir” - Tramp
-
Azərbaycanlılar ən çox bu ölkəyə gedir - Səbəb nədir?
-
İran İsrailə qarşı nüvə silahından istifadə etməyə hazırdır - Netanyahu
-
Qaynı qızını xəstə oğlu üçün oğurladı, polis yolda yaxaladı - İmişlidəki cinayətin TƏFƏRRÜATI
-
Bu ərazilərdə 5 gün qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Manatın sabitliyinin gücü və riskləri: Sabit, yoxsa üzən məzənnə?
-
Avtobuslar niyə yolun ortasında dayanır? - VİDEO
-
Prezident İlham Əliyev Ərdoğana zəng edib - Nələr müzakirə olunub?
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Xanımı Ərdoğanın çlxışı zamanı ağladı - VİDEO
-
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
-
Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır? - VİDEO
-
Ölkədə 1,5 milyon sahibkar var - Ən çox biznesmen hansı rayonlardadır?
-
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə mənzil alırlar: Onları ora nə çəkib aparır?
-
Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq - QİYMƏTLƏR
-
“Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir“ - KİV
-
“Epidbiomed” MMC-yə 138 min manatlıq sifariş - Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilmişdi
-
Yeni qida normaları kimlərə şamil ediləcək? - DEPUTAT AÇIQLADI
-
Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: “Zəng edib dedi ki, 30 min manat istə“
-
“Sputnik Azərbaycan“ Rusiya FTX-nin filialından başqa bir şey deyildi - Mətbuat Şurası
-
İlham Əliyevin Suriya Prezidenti ilə geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Çay evində zarafat faciə ilə nəticələndi - Göyçaydakı cinayətin TƏFƏRRÜATI
-
SOCAR Suriya Hökuməti ilə Anlaşma Memorandumu imzaladı - FOTO
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Videomüraciət
-
“Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına inanır“ - Ərdoğan
-
Azərbaycan klublarının dəyəri nə qədərdir? - SİYAHI
-
Suriya Prezidenti Azərbaycandadır - Fotolar
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - Çarəsiz anadan yardımsevər insanlara MÜRACİƏT
-
Xanımı Polad Həşimovun şəhid xəbərini necə almışdı? - FOTOLAR
-
Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarıldı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
-
“Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər” - VİDEO
-
Koçaryan Simonyana qarşı daha bir iddia qaldırıb - Nədə ittiham edir?
-
Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər (VİDEO)
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Ölkədə nikahsız doğulanların sayı artır - İki baxış
-
Həm arıq saxlayır, həm də ürəyə xeyirdir - Hazırda mövsümüdür
-
Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir? - VİDEO
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Tovuz döyüşlərindən 5 il ötür
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
TOP 10
ARXİV