Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Kəmaləddin Heydərov yanğın ərazisində: "Əgər təxribat deyilsə..."

Tarix 26.06.19, 15:54

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın baş verən əraziyə gedən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlama verib.

Nazir bildirib ki, ilkin versiyaya görə yanğın quru otdan başlayıb: "Bir neçə evin dam örtüyünə zərər dəyib. Xəsarət alan, yaralanan yoxdur. Altı hektar boş ərazidir. Buranın çoxu özəl və baxılmayan ərazilərdir. Nə vaxtsa alınıb, amma heç bir təhlükəsizlik, suvarma tədbirləri görülməyib. Yay aylarında quru otdan yanğınlar olur və bunu böyük faciə kimi qəbul etmək lazım deyil".

K.Heydərov əlavə edib ki, bu hadisənin səbəbləri araşdırılacaq: "Kameralarda, yəqin ki, var. Əgər təxribat deyilsə, adi yanğın hadisəsidir. İnsanlar diqqətli olmalıdır".

Nazir  onu da deyib ki, insanlar diqqətli olmalıdır: "Rayonlarda biçilmiş əraziləri yandırırlar. Bunu etmək olmaz. Həmin yanğınlar sonradan biçilməmiş ərazilərə və meşələrə keçir. İnsanların özlərinə zərər gələ bilər. İnsanlar siqaret kötüyünü zibil qablarına atsınlar. Hətta siqaret üçün xüsusi zibil qabları da var. Sadəcə, biz siqareti, zibili nəinki quru otlağa, heç yerə də atmamalıyıq. Hər kəs bir-birinə təmizlik barədə irad tutarsa, diqqətlə fikir verərlər”.



Xəbərin oxunma sayı : 199




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap