“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

İki müstəqil laboratoriya təsdiqlədi - Navalnı sinir qazı ilə zəhərlənib

Tarix 14.09.20, 18:24

Font ölçüsü : - / +
bitmap-img6


Almaniya hökuməti bildirir ki, Fransa və İsveçdə iki müstəqil laboratoriya Kremlin tənqidçisi Aleksey Navalnının "Noviçok" qrupundan sinir qazıyla zəhərləndiyini təsdiqləyib.

“Artıq üç laboratoriya cənab Navalnının Noviçok qrupundan sinir qazıyla zəhərlənməsinə müstəqil şəkildə dəlil təqdim edib. Rusiyanı bir daha baş verənləri izah etməyə çağırırıq. Gələcək addımlarla bağlı avropalı tərəfdaşlarımızla sıx ünsiyyət saxlayırıq”, – Almaniya hökuməti sentyabrın 14-də bəyan edib.

Almaniyalı ekspertlər 44 yaşlı antikorrupsiya fəalı və Rusiya müxalifət liderinin "Noviçok" qrupundan hərbi dərəcəli sinir qazıyla zəhərləndiyini bildirib. Bundan sonra beynəlxalq ictimaiyyət Rusiyanı məsələni dərhal araşdırmağa çağırıb.

Rusiya hakimiyyəti isə cinayət işi açmaqdan imtina edib, zəhərlənməyə dəlil tapılmadığını bildirir.

ABŞ Dövlət katibi Mayk Pompeo sentyabrın 9-da müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə Moskvadakı yüksək rütbəli zabitlərin sifariş verməsinə güclü ehtimal olduğunu söyləyib. Navalnının komandası, qohumları və digərləri zəhərlənmənin arxasında Rusiya hakimiyyətinin dayandığına inanır. Kreml isə iddiaları qətiyyətlə təkzib edir.



Xəbərin oxunma sayı : 826




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap