“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Əkin sahələrinə subsidiya verilməsi qaydası dəyişdi - Detallar

Tarix 27.01.25, 22:53

Font ölçüsü : - / +
bitmap-img6


Aqrar Subsidiya Şurası əkin subsidiyasının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısı və onların əkin sahəsinin minimum ölçüsü ilə bağlı qərar qəbul edib.

AzFakt.com xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirildiyinə görə, ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4.1-ci yarımbəndinə müvafiq olaraq əkin subsidiyasının əldə edilməsi üçün aqrar sığorta predmetinə aid bitkilərdən sığortalanması tələb olunan bitkilərin siyahısı və onların əkin sahələrinin minimum ölçüsünə dair aşağıdakı qərarlar qəbul edilib:

- Birillik bitkilər üzrə əsas əkin subsidiyası və təkrar əkin subsidiyalarının ödənilməsi üçün ayrı ayrılıqda cəmi əkin sahəsi 10 hektar və ya daha artıq olan arpa, buğda, çəltik və qarğıdalı əkinləri;

- Çoxillik bitkilər üzrə Şuranın 2024-cü il 29 avqust tarixli Qərarının 2.14.1-ci yarımbəndi ilə müəyyən edilmiş əkin əmsalı üzrə üzüm, 2.15.1-ci yarımbəndi ilə müəyyən edilmiş əkin əmsalı üzrə çay, 2.16.1.1-2.16.1.6-cı yarımbəndləri ilə müəyyən edilmiş əkin əmsalları üzrə fındıq, nar, zeytun, limon, kinkan, narıngi, portağal, şaftalı (nektarin) və ərik, habelə 2.16.1.8–2.16.1.13-cü abzasları ilə müəyyən edilmiş əkin əmsalları üzrə armud, alma, gilas, xurma(xirnik), badam və qoz əkinləri, bu bağların salınması üçün müəyyən edilən minimum hektarlara müvafiq olaraq sığortalanmalıdır.

Bundan başqa, Şura 2025-ci ildə bitkiçilik məhsullarına subsidiya verilməsi üzrə şərtlərdə və əmsallarda bir sıra dəyişikliklərin edilməsi ilə bağlı qərar qəbul edib.

- Qaragilə (mavigilə) bitkisi üzrə əkin subsidiyası Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonları ilə yanaşı Quba-Xaçmaz iqtisadi rayonunda əkilən bitkilərə də veriləcək. Şuranın Qərarına müvafiq oaraq torf və perlit qarışığında dibçəklərdə əkilən Qaragilə (mavigilə) bağlarına 15000 manat məbləğində əkin subsidiyası verilməsi ilə yanaşı turşuluq (PH) səviyyəsi 6.5-dən artıq olmayan torpaqlarda 1 hektara minimum 3400 ədəd tingin əkildiyi damcı suvarma sistemi ilə təmin olunmuş qaragilə (mavigilə) bağlarına 7 500 manat məbləğində əkin subsidiyası veriləcək.

- Şuranın 29 avqust 2024-cü il tarixli qərarının 2.14.1-ci yarımbəndi ilə müəyyən üzüm, 2.15.1-ci yarımbəndi ilə müəyyən edilmiş çay, habelə 2.16.1.1-2.16.1.13-cü yarımbəndləri ilə müəyyən edilmiş intensiv meyvə bağları üzrə əkin əmsalları 15 hektar və ya daha artıq sahədə əkildikdə bu bəndlərlə müəyyən edilmiş əkin subsidiyasının alınması üçün fermerlər tərəfindən həmin bağlarda iqlim stansiyası qurulması tələb olunur. Müvafiq şərt və Şuranın 2024-cü il 29 avqust tarixli Qərarının 2.14.1-ci yarımbəndi ilə müəyyən edilən əkin əmsalı üzrə üzüm bağlarının salınması şərtləri 2025-ci il 1 yanvar tarixindən sonra salınan bağlara şamil ediləcək.

- Şuranın 2025-cü il üzrə bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsinə dair 29 avqust 2024-cü il tarixli qərarının 3-cü bəndi ilə müəyyən şəkər çuğunduru üçün məhsul əmsalı müasir suvarma sistemi ilə təmin olunmuş əkin sahələri üzrə 19 manatdan 22 manata, müasir suvarma sistemi ilə təmin olunmamış əkin sahələri üzrə 18 manatdan 19 manata qədər artırılıb.



Xəbərin oxunma sayı : 982




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap