“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Antalyanın irsi: Qədim yaşayış məskənləri - FOTOLAR

Tarix 27.01.25, 14:02

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə turizm cənnətidir. Hər il milyonlarla turist bu qədim ölkəni ziyarət edir.

AzFakt.com xəbər verir ki, dünyanın cənnəti adlandırılan Antalya qardaş ölkənin ən qədim və gözəl insan yaşayış məskənlərindən biridir. Antalya tanınmış turizm mərkəzi olmaqla bərabər, Olympos, Patara, Perge, Faselis kimi antik şəhərləri ilə məşhurdur.

Olympos şəhəri 

Likya İttifaqı sikkələrində adı keçən Olympos, Likya Birliyində üç səs hüququ olan altı şəhərdən biri idi. Şəhərin sağ qalmış xarabalıqlarının çoxu meşədə ağac və kollarla örtülüb. Bu tikililər Ellin, Roma və Bizans dövrlərinə aiddir. Qədim dövrlərdə şəhəri iki yerə bölən çay yatağı körpü ilə bir-birinə bağlanıb. Bu gün də körpünün bir sütunu qalmaqdadır. Çayın mənsəbinə yaxın kiçik və sıldırım akropolda son dövrlərə aid tikili xarabalıqları vardır. Çayın cənub sahilində Ellinistik təməlli və Roma təmirli kiçik teatr çox bərbad vəziyyətdə olsa da, girişin bir tərəfi yaxşı qorunub saxlanılıb.

Patara şəhəri

Patara Antik yaşayış məskəni indiki Ovagelamış kəndində, Fethiye ilə Kalkan arasında Xanthos vadisinin cənub-qərb ucunda yerləşir. Likiyanın ən əhəmiyyətli və ən qədim şəhərlərindən biridir. Şəhərin indiki xarabalıqlarına inşası eramızın 100-cü illərinə aid olan möhtəşəm və yaxşı qorunmuş Roma zəfər tağıdır. Tağın qərbindəki təpənin yamaclarında Likiya tipli sarkofaqların olduğu qəbiristanlıq sahəsi yerləşir. Yazılardan aydın olur ki, şəhərin ən cənub ucunda yerləşən teatr eramızın 147-ci ildə zəlzələdən sonra yenidən tikilib. Şəhərin digər xarabalıqlarına Vespasian hamamları, Korinf məbədi, əsas küçə, liman və taxıl anbarı daxildir.


Perge 

Perge antik şəhəri tarixdə “Parha” adı ilə tanınıb. Tarixi bilgilərə görə xetlər dövründə mövcud olduğu güman edilən şəhər, Roma dövründə Anadolunun ən nizamlı şəhərlərindən biri olub. Memarlığı və mərmər heykəltəraşlığı ilə məşhur olan qədim şəhərdə aparılan qazıntılar zamanı ortaya çıxan heykəllər Antalya muzeyini ən əhəmiyyətli heykəltəraşlıq muzeylərindən birinə çevirib. 15 min tamaşaçı tutumuna malik olan teatr çox yaxşı qorunub saxlanılıb. Oturma yerləri ilə üzbəüz, nəfis şəkildə bəzədilmiş iki mərtəbəli səhnə binası b.e. II əsrində tikilib. Şəhərin qədim dövrlərdəki əzəmətini əks etdirən digər tikililər arasında düzbucaqlı planlı aqora, hündür qüllələr, monumental fəvvarələr, hamamlar və sütunlu küçələr mövcuddur.

Faselis şəhəri

Eramızdan əvvəl 7-ci əsrdə Rodoslu kolonistlər tərəfindən inşa edildiyi qeyd edilən Phaselis Antik Şəhəri bu gün Antalya Kemer yaxınlığında yerləşir. Bəzən Likya, bəzən də Pamfiliya bölgəsinin şəhəri kimi göstərilən və üç limanı olan şəhər əslində hər iki bölgənin sərhədləri arasında yerləşirdi. Bu günə qədər gəlib çatan xarabalıqlar daha çox Roma və Bizans dövrlərinə aiddir. Bu günə qədər gəlib çatmış ən monumental tikili su kəmərləridir. Şəhərin digər iki mühüm xarabalığı şəhər meydanındakı biri kiçik, digəri böyük iki hamamın xarabalıqlarıdır.

Atalar məsəlində deyildiyi kimi, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Filosoflar isə düşünürlər: “Çalışın, xoş anılar, xatirələr toplayın ki, sizi məsud etsin sonra”.



Xəbərin oxunma sayı : 766




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap