![]() |
|


8.jpg)











“KVN rəzalətinin arxasında Diasporla İş üzrə Dövlət Komitəsi dayanıb“ – Tahir İmanov
Tarix 25.01.22, 15:09 |
|

AzFakt.com əməkdar artist Tahir İmanovun Publika.az-a müsahibəsini təqdim edir:
– Tahir bəy, sizin KVN komandanız hələ ötən əsrin 90-cı illərində bu cür təxribatlarla üzləşirdimi?
– Təbii ki… O zamanlar da çox şeylər olub. Doxsanıncı illərdə orada öz mövqeyimizi göstərməsəydik, bizə bu vaxta qədər hörmətlə yanaşmazdılar. Heç vaxt!..
– Həmin təxribatlardan yadınızda qalanı varmı?
– Yaxşı yadımdadır, o vaxt məşhur bir hadisə olmuşdu. Bu hadisə 1993-cü ildə baş vermişdi. Həmin dönəmlərdə o zamankı Rusiya prezidenti Boris Yeltsini hamı parodiya edirdi. Bütün komandalar, – söhbət beynəlxalq KVN komandalarından gedir – Rusiyanın bütün yumor ustaları onu parodiya edirdilər, biz də Yeltsini parodiya elədik, nədənsə bu Aleksandr Maslyakovun xoşuna gəlmədi. Elə düz səhnədə, oyun zamanı bizim o zamankı prezidentimiz Əbülfəz Elçibəyi təhqir elədi. Bu, sözün əsl mənasında təhqir idi. Sonradan həmin hissənin bir az yumşaq forması efirə getdi. Bəzi şeyləri, yəni təhqir olan hissəsini kəsdi. Amma etiraz olan hissəsini efirdə saxladı. Baxmayaraq ki, şəxsən mən və Anar Məmmədxanov başda olmaqla komandanın digər üzvləri heç vaxt seçkilərdə Əbülfəz Elçibəyə səsimizi verməmişik. Bu, bizim mövqeyimizdir və bizim buna haqqımız var. Düzdür?
– Təbii ki…
– Demirəm ki, Əbülfəz Elçibəyi sevirdik və ya sevmirdik. Sadəcə olaraq səsimizi başqa adama vermişdik. İndiyə kimi hamı səsimizi kimə verdiyimizi bilir. Hansı siyasi kursun əsgəri olduğumuzu da hamı yaxşı dərk edir. Sadəcə olaraq Aleksandr Maslyakovun bu cür hərəkəti bizə toxundu. Çünki daxilimizdə olan məsələləri özümüz bilərik. Amma xaricdə olan məsələlərdə, böyük işlərdə biz heç kimə imkan vermərik ki, ölkəmizin başçısını təhqir eləsin. Ona görə ki, kimliyindən asılı olmayaraq, o, bizim ölkəmizin rəhbəridir. Elə oyun bitən kimi Aleksandr Maslyakov öz qrim otağına keçdi. Təsəvvür edin, 23 yaşlı bir kapitan Anar Məmmədxanov onun ardınca getdi. 23 yaşında bir gənc idi. Mənim onda cəmi 18 yaşım var idi. Anar Məmmədxanov başda olmaqla komandamızın bir qrup üzvü Maslyakovun qrim otağına yollandıq. Salamsız-kəlamsız, birinci sual verdik ki, sizin nə ixtiyarınız var ki, bizim prezidentimizi söyürsünüz və təhqir edirsiniz?!
– Bəs Maslyakov nə cavab verdi?
– O, sadəcə mat-məəttəl qaldı. Çünki o vaxtda kimi Aleksandr Maslyakova nəinki pis söz, nəinki başqa söz, hətta ona xoş sözdən başqa kimsə hansısa sərt fikir bildirməmişdi. Tutulub qaldı, “nu rebyata” dedi. Anar Məmmədxanov çox sərt formada, həddindən artıq sərt bir tərzdə ona dedi ki, biz bir də eşitsək ki, bizim prezidentimizi, ölkəmizi, ümumiyyətlə, dövlət simvollarımızı, dövlət rəmzlərimizi təhqir edirsiniz, o zaman bizdən inciməyin. Baxın, belə-belə hadisələr o zaman da KVN-də olurdu. Bu hadisə o zaman KVN aləmində yayıldı. Bütün komandalar həmin dövrdə bu hadisələrdən xəbərdar oldu. Düşünürəm ki, hamı həmin hadisədən özünə bir dərs çıxardı. Başqa cür ola da bilməz. Ümumiyyətlə, bizim komandamız KVN-lərin məkanı olan yerə həmişə daxil olanda bilirdilər ki, oraya elə-belə uşaqlar girməyiblər. Başa düşürsünüz?!. Çəkinirdilər, ehtiyatla yanaşırdılar. Düşünürəm ki, onların hər hansı bir təkliflərinə, – söhbət arqumentsiz təkliflərdən, sözlərdən gedir – təhqirlərinə əks-arqument, əks-cavablar olmalıdır. Bu, mütləq şəkildə belə olmalıdır. Yəni, hazırcavablıq əsas şərtdir. Əgər onların yanında nə qədər baş əysən, bir o qədər də başından vuracaqlar. Əgər susmasan və oradakı digər hərəkətlərə nə qədər hazırlıqlı olsan sənin hörmətin bir o qədər artacaq. Hələ 1993-cü ildə biz çempion ola-ola bizim əlimizdən kuboku aldılar. Biz qalib olsaq da kuboku götürüb başqa komandaya verdilər.
– Bəs o zaman buna qarşılıq olaraq komandanın üzvləri hansı hazırcavablığı nümayiş etdirdi?
– O zaman hətta biz davaya da hazır idik. Sözün əsl mənasında… Necə ki, biz uşaqlıqda siniflər, məhələlər arasında dava edirdik, o cür davaya da hazırlıqlı idik. Həmin vaxt onsuz da mən məktəbi təzə-təzə bitirmişdim davaya da hazır idim (gülür). Bu səbəbdən də ilk dəfə olaraq zala polis çağırdılar və oraya milis işçiləri daxil oldu. Çünki görürdülər ki, biz haqsızlığa dözmürük və hər bir hərəkətə də hazırıq.
– Bəs indi bizim komandamız hansı qərarı qəbul etməli idi? “Şuşa” adını “Buta” ilə əvəzləmək doğru qərar idimi? Yarışda iştirakdan imtina eləməli idi, yoxsa dayandırmalı idi?
– Bilirsiniz, təbii ki, dayandırmalı idilər. Sizin sualınızın cavabı artıq bəllidir. Bunu balaca, yeddi yaşında uşaq da deyə bilər ki, bizim komandamız mütləq şəkildə oradan çıxıb getməliydi. Çünki onların arqumentləri, danışdıqları uşaq bağçasındakı azyaşlıların cavablarına oxşayır. Əvvəlcə dəyiş, sonra dəyişmə, nə bilim nə… Ora uşaq bağçası deyil, siz oraya KVN oynamağa gəlmisiniz. Siz oraya Azərbaycan kimi qalib ölkəni təmsil etməyə getmisiniz. Bütün bu baş verənlər mənim üçün Vətənə xəyanətdir. Başqa bir şey deyil.
– Bəs bu kimi hallardan həmin KVN komandasından başqa daha kimlər günahkardır?
– Bir daha xahiş edirəm, tələb edirəm, Diasporla İş üzrə Dövlət Komitəsi bu məsələyə öz münasibətini bildirsin. Bu KVN-çiləri oraya göndərərkən “haqqın.az” saytında Diaspora Komitəsinin belə bir xəbəri getmişdi ki, “Şuşa” komandası Soçidə keçiriləcək yarışmada Azərbaycanı təmsil edəcək. Bəlkə də, sonra həmin xəbəri siliblər, dəqiq bilmirəm, amma məndə “skrin-şut”u, ekran görüntüsü qalır. Həmin komandanın yaradılmasında böyük rolu Diasporla İş üzrə Dövlət Komitəsi oynayıb. Olayların baş verdiyi gündən bu yana hər gün deyirəm ki, onlar bununla bağlı açıqlama verməlidirlər. Həmin komitədən isə bildiriblər ki, bizim bu komandaya heç bir aidiyyətimiz yoxdur. O zaman ya “haqqın.az” saytı yalan danışır, ya da Diasporla İş üzrə Dövlət Komitəsi…
– Ermənilərin təxribatı onsuz da bu cür yarışlarda həmişə olacaq. Təcrübəli KVN-çi kimi sizdən soruşmaq istəyirəm, bu cür təxribata qarşılıq olaraq bizim komanda onlara hansı cavabı verməli idi?
– İlk növbədə, bu cür hallara rast gəlməmək üçün hələ Bakıda olarkən, təşkilatçılar, onları maliyyələşdirən qurumlar mütəxəssislərə müraciət etməli idilər. Azərbaycanda kifayət qədər KVN-in peşəkarları var. Azərbaycanda kifayət qədər beynəlxalq KVN-in ən böyük titullarını, ən böyük kuboklarını ölkəmizə gətirən insanlar mövcuddur. Söhbətin kimdən getdiyini hamımız başa düşürük. Ən azından onlara müraciət etmək lazım idi. On ilə yaxındır ki, Azərbaycanda yeni KVN hərəkatı başlayıb. Öncə bu işlə Mədəniyyət Nazirliyi məşğul idi. İndi Diasporla İş üzrə Dövlət Komitəsi məşğul olur. Nə Gənclər və İdman Nazirliyi, nə də Diasporla İş üzrə Dövlət Komitəsi biz KVN-çilərə müraciət eləməmişdi. Söhbət fəaliyyətdə olan “KVN-şik”lərdən gedir; Bəhram Bağırzadə, Cabir İmanov, Tahir İmanov, Ənvər Mansurov, Azər Məmmədzadə, Ələkbər Əliyev… Heç biri bizə müraciət eləməyib. “Parni iz Baku”nun baş verən son olaylara münasibəti də var. Bunların hamısının qarşısını almaq olardı. Sadəcə olaraq hər bir işdə olduğu kimi beyin işlətmək lazım olardı, başqa orqanları yox…
Xəbərin oxunma sayı : 541
loading...
Sosial
Xəbərlər
-
Ginnessin Rekordlar Kitabına düşən futbolçular - İnanılmaz faktlar
-
Ukrayna Rusiya tanklarının qəbiristanlığına çevrilir - FOTOLAR
-
Qonşu ilə xəyanət, bağışlanma, pozulan tövbə... - Qatil ərdən şok ifadələr
-
“İrəvan Moskvanın təhriki ilə Brüsseli neytrallaşdırır” - “Caliber”in şərhi
-
Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – FOTOFAKT
-
Prezident Administrasiyasının şöbələrindən biri ləğv edilib
-
Azərbaycan daha 14 ölkədən uçuşlara icazə verdi - Rəsmi
-
Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi
-
DTX və Baş Prokurorluq birgə əməliyyat keçirdi - İmtahan suallarını satanlar həbs edilib
-
Azərbaycanda donor bankı yaradılıb - Transplantasiya həyata keçirəcək mütəxəssislər hazırlanır
-
Əfv Komissiyasının iclası keçirilib - 500-dən çox müraciətə baxılıb
-
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti konfrans keçirəcək - Mayın 20-də
-
Bakı Təhsil İdarəsində keçmiş müavinlərini direktor təyin etdirən kimdir? - FOTO
-
“Türkiyə təbii qazın 50 %-ni Rusiyadan alır“ - Rəcəb Tayyib Ərdoğan
-
Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilməyəcək
-
“Patı” məsələsini qabardanda üstümüzə gəlirlər - Deputatdan məmurlara sərt ittihamlar
-
“Şuşa mədəniyyət paytaxtıdır” - ICESCO-nun Baş direktoru
-
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanunda dəyişiklik TƏSDİQLƏNDİ
-
Kəlbəcər istiqamətində atışma - Müdafiə Nazirliyi məlumat yaydı
-
“Azərbaycandan Həcc ziyarətinə getməklə bağlı müəyyən dəyişikliklər edilib“ - QMİ sədri
-
“Hazırda Azərbaycan mediası ciddi islahatlar dönəmini yaşayır“ - Əhməd İsmayılov
-
Balıqçıların nəzərinə: Rüsum tələb olunacaq
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
“İsveç əsl terror yuvasıdır” - Ərdoğan
-
Kəmaləddin Heydərov türkiyəli nazirlə görüşdü - FOTO/VİDEO
-
Maşın almaq istəyənlərə şad xəbər: Hansı avtomobillərə güzəşt ediləcək? - VİDEO
-
Paytaxtda yağış, rayonlarda dolu gözlənilir: Sabahın hava proqnozu
-
“Rusiya yüksək səviyyəli komandirləri işdən çıxarıb” - Britaniya kəşfiyyatı
-
Akademiyada vəzifə saxtakarlığı: Cinayət işi başlanıb
-
“Hüseynbəyli Ülkər Hüseyn qızı adlı şəxs üzvümüz deyil” – Vəkillər Kollegiyası
-
Bakıda intihara cəhd edən jurnalistin son vəziyyəti AÇIQLANDI
-
Məşhur “Fantaziya” hamamı sökülür? - AÇIQLAMA
-
Jurnalist Qadir İbrahimli reanimasiyaya yerləşdirilib
-
“Ukraynaya döyüşmək üçün gəlməmişəm” – Müsavat başqanının müavini deputata cavab verdi
-
İlham Əliyev akademiyaya yeni rektor təyin etdi - FOTO
-
“Rusiyanın danışıqlara ehtiyacı olduğunu görmürük” - ABŞ rəsmisi
-
Prezident İlham Əliyev türkiyəli naziri qəbul etdi - VİDEO
-
Azərbaycanda müəllim şagirdi döydü: Araşdırma başladı - VİDEO
-
“Ermənistanda bu gün də qisasçılıq meylləri var“ - QMİ sədri
-
Rəşad Dağlı təhdid olunduğu üçün üzr istəyib? - VİDEO
-
“Paşinyan cinayətkar polisləri 6,5 milyon dollar mükafatlandırıb” - Vitse-spiker
-
“Rusiya ordusu təxribat və kəşfiyyat qruplarından isitifadə edir“ - Ukrayna BQ
-
Hulusi Akar azərbaycanlı qazilərlə görüşdü - FOTO
-
“ABŞ Finlandiya və İsveçə lazımi mesajları çatdıracaq” - Cavuşoğlu
-
Rusiyaya güzəştə getmək və sülh danışıqları aparmaq mümkün deyil - Zelenskinin ofisi
-
Tanınmış qazi-jurnalist İNTİHARA cəhd etdi: Vəziyyəti kritikdir
-
“Azərbaycan-Ermənistan razılaşmalarını dəstəkləyirik“ - Aİ nümayəndəsi
-
Mustafa Kamal Atatürkün doğum günüdür
-
Azərbaycanlı məşhurların bahalı geyimləri və aksessuarları - SİYAHI
-
Bakıda icra məmuru qadın vəkili döyüb - FOTO
-
“Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı haqlı narahatlıqlarımız var” - Çavuşoğlu
-
Azərbaycanda nazir müavininin sevgilisinə görə dava düşdü –Tədbirdə
-
Hərbi qulluqçular icbari narkoloji müayinədən keçəcək - Rəsmi
-
“Biz donora çevrilmişik, özümüz kredit ayırırıq“ - Prezident İlham Əliyev
-
Siyavuş Novruzovu narahat edən məqamlar: “Bir çox qurumlar iş yox, şou göstərir”
-
Azərbaycan millisinin baş məşqçisi:“Bakıda Tanrı kimi yaşayıram“
-
Bakıda Azərbaycan-Litva biznes forumu keçirilib - Prezidentlərin çıxışı + FOTOLAR
-
“Kapital Bank”ın Qəbələ filialında qalmaqal – “Dedi, get hara şikayət edirsən et”
-
Foto və videoları ilə şantaj edilən qız özünü öldürdü
-
Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
-
“Terrorçuları bizə verməyəcəksiniz, ancaq bizdən NATO üzvlüyü istəyəcəksiniz?” - Ərdoğan
-
Nazirliyə yeni səlahiyyət verildi - FƏRMAN
-
Putin Donbasdakı qoşunları öz nəzarətinə götürüb - “The Telegraph”
-
Bu şəxslər cərimələnəcək - Yeni qayda
-
“Araz Naxçıvan“a texniki məğlubiyyət verildi - “Xan Lənkəran“ finalda
-
Uyğur rayonunda hər 25 nəfərdən biri terror ittihamı ilə məhkum edilib
-
"DİN və DTX-nin peşəkarları bu işə cəlb olunub" - Kamran Əliyev
-
“Miss Azerbaijan 2022“nin qalibi: “İndi gözəllik standartları dəyişib“
-
Güclü külək əsəcək, yağış yağacaq - Xəbərdarlıq
-
“O vaxt Basayev və Xəttabı məhv edə bilərdim” - Kadırov
-
Azərbaycanda son sutkada 5 nəfər koronavirusa yoluxub - 1 nəfər ölüb
-
2 900-ə yaxın hərbçiyə əlillik təyin edildi - FOTO
-
Dünən Şəmkirdə yanan ev sabiq deputata məxsusdur: “Olur belə hallar”
-
Azərbaycanda nə üçün siqaret qıtlığı yaranıb? - VİDEO
-
Rusiya “S-500”ləri silahlanmaya qəbul etdi
-
“Ermənistanla sülh sazişi imzalamaq istəyirik“ - Azərbaycan Prezidenti
-
AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb – QSC niyə ziyanla işləyir?
-
"Etibar İnşaat - K" MMC Bakıda yaşıllığı doğradı - VİDEO
-
Taksi sürücüsünü qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib - TƏFƏRRÜAT
-
Şuşada məskunlaşacaq insanların sayı ilə bağlı AÇIQLAMA
-
Rəcəb Tayyyib Ərdoğan İlham Əliyevə təşəkkür etdi
-
“Paşinyan 44 günlük müharibəyə görə dindiriləcək“ - Ermənistan İstintaq Komitəsi
-
Narkotik qaçaqmalçıları Azərbaycan sərhədçilərinə atəş açıb - Saxlanılan var
-
Bakı-Sumqayıt yolunda “yüz manat” yağışı: Maşından küçələrə pul səpən şəxs tutuldu
-
Azərbaycanda yuyucu vasitələr kəskin bahalaşdı - VİDEO
-
“NATO artıq Baltik dənizi regionunda ayıq-sayıqdır” - Stoltenberq
-
Ramiz Mehdiyevin nəvəsinin FHN-də ciddi “yeyintiləri” aşkarlanıb - O, həm də nazir müavinin oğludur...
-
Azərbaycan və Litva prezidentləri görüşüb - FOTO
-
Büdcə pullarını “Ceşmə” və “Alfons”a kimlər “axıdır”? - Adlar...
-
“Marşal planı“na ehtiyacımız var“ - Böyük Britaniya XİN başçısı
-
Səttar Mehbalıyevin qardaşının “Nobellik” pasport biznesi: Dövlət 60 manat, rəis 150 manat qazanır
-
“Kadırovun əmisi oğlu Mariupolda səhra komandiri olub“ - Britaniya kəşfiyyatı
-
Azərbaycan neftinin qiyməti 123 dolları ötüb
-
Filarmoniya gecə klubuna çevrilib? - VİDEO
-
Paytaxtda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? - VİDEO
-
Diri quşların Azərbaycan ərazisindən tranzitinə məhdudiyyət qoyulub
-
İsveç və Finlandiya üçün Türkiyə icazəsi: Ankaranın tələbləri açıqlandı
-
Mövqelərimiz intensiv atəşə tutulub - Müdafiə Nazirliyi məlumat yaydı
-
Bakı yollarındakı son vəziyyət açıqlanıb - SİYAHI
-
“Döyüşçü olmayan bu komandada yer ala bilməz” - Qurban Qurbanov
-
Bakıda baş vermiş yanğında bir nəfər ölüb - VİDEO (Yenilənib)
-
Əlillik dərəcələri bunlara əsasən veriləcək - Rəsmi
-
Azərbaycanda buğda qıtlığı yarana bilər? – VİDEO
-
Etibar Əliyev məhkəmədə ifadə verib: “Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə restoranda görüşdük”
-
Ukrayna Müdafiə qüvvələrinin qərargah rəisi - “Bölmələrimiz Qərb silahları ilə silahlandırılır”
-
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub
-
“Rusiya Üçüncü Dünya müharibəsinin başlamasına imkan verməyəcək“ - Medvedev
-
Mərkəzi Nəbatat Bağında yerləşən “Şəki” restoranı sökülməyə başlanıb – FOTO
-
Putin Qərbi ittiham edib: “Baş verənlərin hamısı onların siyasəti ilə bağlıdır”
-
Kəmaləddin Heydərov polkovniki işdən çıxartdı
-
Baş nazir əlilliklə bağlı yeni meyarları təsdiqlədi
-
“Euronews” Şuşadakı “Xarıbülbül” festivalı barədə reportaj hazırlayıb - VİDEO
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Günün transfer xəbərləri: Mourinyu “Nyukasl“a gedəcək?
-
Şəki sakini yolsuzluq avtomobili hazırlayıb - VİDEO
-
Azərbaycanda bu xəstələrə müəllim işləmək qadağandır – SİYAHI
-
Ölkədə nikaha girən və boşananların sayı AÇIQLANDI
-
“NATO iki dəyərli müttəfiq qazanır“ - Şolts
-
Şagirdlərin nəzərinə: İmtahanların nəticələri ELAN olundu
-
“Bizim alıcılıq qabiliyyətimiz Avropadakılardan daha yüksəkdir“ – Komitə sədri
TOP 10
ARXİV