Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İlham Əliyev 2017-ci ildə Azərbaycan iqtisadiyyatının prioritetləri barədə

Tarix 13.01.17, 16:42

Font ölçüsü : - / +
bitmap-img6


Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Prezidenti İlham Əliyevin "2017-ci ildə Azərbaycan iqtisadiyyatının prioritetləri" adlı məqaləsi dərc olunub. Məqalədə qeyd olunur ki, Azərbaycanın bugünkü uğuru son bir neçə ildə hərtərəfli, konkret və məqsədyönlü səylərin nəticəsidir.

İlham Əliyev bildirib ki, energetika daxil olmaqla, iqtisadiyyatın müxtəlif sektorlarında qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi təkcə ölkənin potensialını yüksəltməyib, regional və beynəlxalq əməkdaşlığa da imkan verib:

"Bununla əlaqədar olaraq, Azərbaycanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi vasitəsilə Azərbaycan təbii qazının Avropa bazarlarına tədarükü Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək. Bu layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə işlərin 87 faizi, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi üzrə - 72 faiz, Transanadolu qaz kəmərinin (TANAP) tikintisi üzrə - 60 faiz və Transadriatik qaz kəmərinin (TAP) inşası üzrə işlərin 30 faizi başa çatdırılıb".

Dövlətimizin başçısı vurğulayıb ki, təsdiq edilmiş ehtiyatları ən azı 1,2 trilyon kubmetr olan “Şahdəniz” dünyada ən iri qaz yataqlarından biridir.



"Biz, həmçinin gələcəkdə Azərbaycanın tranzit potensialının gücləndirilməsi məqsədilə iri layihələrin icrasına başlamışıq. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatdırılması planlaşdırılır. Bu layihənin həyata keçirilməsi ilə Çindən Avropaya yüklərin daşınması müddəti 25-30 gündən 12-15 günədək azalacaq. Eyni zamanda, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan hissəsində bütün tikinti işləri ötən il başa çatdırılıb. Beləliklə, Azərbaycan əsas nəqliyyat “hab”ına çevrilir. Bu gün bizim iqtisadi siyasətimizin prioritetləri iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafıdır”.

Məqalədə qeyd olunur ki, sənayə sahəsinin inkişafını təmin etmək məqsədilə sənaye parkları və zonaları inşa edilir. 2018-ci ildə Sumqayıt Kimya-Sənaye Parkında investisiya dəyəri təqribən iki milyard dollar olan bir neçə zavod açılacaq. Pambıq, tütün, fındıq, çay və ixraca yönəldilmiş digər məhsulların istehsalı artacaq, eləcə də aqro-sənaye parkları və iri fermaların sayı çoxalacaq.

Bildirilir ki, informasiya sektorunun inkişafının təmin edilməsi məqsədilə xidmətlərin keyfiyyəti və ölkənin informasiya tranzit dəhlizi kimi potensialı gələcəkdə də yaxşılaşdırılacaq. Elektron vizanın və rüsumsuz sistemin tətbiqi, həmçinin Avropa Oyunları və “Formula 1” yarışı kimi iri idman tədbirlərinin keçirilməsi ölkədə turizmin inkişafına əhəmiyyətli töhfə verəcək.





Xəbərin oxunma sayı : 151




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap