Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İlham Əliyev idmançılara mükafatlar və mənzillər verdi

Tarix 23.12.16, 19:28

Font ölçüsü : - / +
bitmap-img6


AzərTAc xəbər verir ki, sonra 2016-cı ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olundu.

Azərbaycan Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Tarverdi Allahverdiyevə, Çingiz Eyvazova, Seymur Əhədova, Vaqif Feyzullayevə, Oleq Krapivinə, Firudin Qurbanova, Həmid Məmmədyarova və Bəhruz Salehliyə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarının döş nişanlarını təqdim etdi.

Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan Abas Əzimova və Qəhrəman Məmmədyarova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədlər təqdim olundu.

Dövlətimizin başçısı İlham Əliyev Olimpiya çempionu Radik İsayevə və Rio Olimpiadasında yarışların idarə olunmasında göstərdiyi yüksək peşəkarlığa görə beynəlxalq dərəcəli hakim Hicran Şərifova Milli Olimpiya Komitəsinin “Olimpiya” ordenlərini təqdim etdi.

Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Nurlan Aslanov, Bəxtiyar Abbasov, Ayaz Məmmədov, Vasif İsmayılov, Şəmsi Bayramov, Ramal Aslanov, Adil Əliyev, Zaur Axundov, Nəriman Quliyev və Emin Hacıyev Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanları ilə təltif edildilər.

Prezident İlham Əliyev 2016-cı ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim etdi.

Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi, dövlətimizin başçısına fəaliyyətində uğurlar arzuladı.

*   *   *
Milli Olimpiya Komitəsində 2016-cı ilin idman yekunlarına həsr olunan mərasim keçirilir.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edir.

Dövlət başçısı tədbirdə çıxış edir.



Xəbərin oxunma sayı : 361




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap