Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İlham Əliyev Nursultan Nazarbayevi təbrik etdi

Tarix 16.12.17, 1:55

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Nursultan Nazarbayevə məktub göndərib

AzFakt.com-un məlumatına görə, məktubda deyilir:

“Hörmətli Nursultan Abişeviç, Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Qardaş Qazaxıstan dövlətçiliyin möhkəmləndirilməsində, sosial-iqtisadi və humanitar sahələrdə mühüm uğurlar qazanıb, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilib. İnanıram ki, ortaq tarixi keçmişə və milli-mənəvi dəyərlərə malik xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Qazaxıstan dövlətlərarası münasibətləri, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dostluq və tərəfdaşlığımız bundan sonra da birgə səylərimizlə inkişaf edəcək.

Hörmətli Nursultan Abişeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqına daim sülh və rifah diləyirəm”.



Xəbərin oxunma sayı : 313




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap