“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib - FOTO

Tarix 30.06.22, 15:22

Font ölçüsü : - / +
bitmap-img6


İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopu qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Türkiyə parlamentinin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının əhəmiyyətini vurğulayıb, Azərbaycanın Hərəkata sədrliyi müvəffəqiyyətlə həyata keçirdiyini bildirib.

Mustafa Şentop Azərbaycan ilə Türkiyə arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Türk Dövlətləri Təşkilatı, TÜRKPA çərçivəsində əməkdaşlığın vacibliyini qeyd edən Mustafa Şentop İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üçüncü ümumi konfransı ilə əlaqədar bir müddət əvvəl Azərbaycanda səfərdə olduğunu məmnunluqla xatırlayıb.

Söhbət zamanı 2019-cu ildə Azərbaycanda Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilərkən Türkiyənin ölkəmizin xüsusi dəvəti ilə tədbirdə iştirakının əhəmiyyəti vurğulanıb.

Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatının fəaliyyətinin daha da inkişaf etdirilməsinə, onun təsisatlanmasına mühüm əhəmiyyət verdiyini və bu istiqamətdə bir sıra təşəbbüslərlə çıxış etdiyini bildirib.

Vətən müharibəsi zamanı Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT Təhlükəsizlik Şurasında Azərbaycana göstərdiyi dəstəyin əhəmiyyəti qeyd olunub.

***

İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopu qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.



Xəbərin oxunma sayı : 1174




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap